10 Fevral 2023 00:51
508
ELANLAR
A- A+
AZƏRBAYCAN RESPUBLİKASI "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri  işlərinin satın alınması məqsədilə açıq tender elan edir

AZƏRBAYCAN RESPUBLİKASI "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri  işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

Açıq tenderin predmeti: Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satın alınması.
Açıq tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Açıq tenderin predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Maraqlanan təşkilatlar iştirak haqqını ödəyərək yazılı müraciət edir və qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov, 29 ünvanından  tenderin Əsas şərtlər toplusunu (Azərbaycan dilində)  əldə edə bilərlər. Əlaqələndirici şəxs: Kərimli Babək Əyyub oğlu, telefon: +994 70 203 05 20 ([email protected])

İştirak haqqı ödəmək üçün bank rekvizitləri:
Benefisiarın adı: "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Benefisiarın VÖEN-i: 8600208181
Valyuta: AZN
Benefisiarın bank: "Kapital Bank" ASC Səbail filialı
Filialın kodu: 200059
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın hesabı: AZ34AIIB380900C9449351435105
İştirak haqqı: 1500,00 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü.
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. Tikinti üzrə fəaliyyət növlərini həyata keçirməyə icazə verən müvafiq lisenziyaların surəti (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti). 
9. "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında qərara əsasən aid olduğu sahibkarlıq subyekti barədə rəsmi məktub sənədin əsli və ya notarial təsdiq olunmuş surəti). 
10. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti). 
11. İddiaçı inşa etdiyi analoji tikililər barədə təsdiqedici sənədlərin (müqavilə, akt, Forma 2 və s.) surətini və inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir. Podratçı təcrübəsini sübut etmək üçün ən azı bir ədəd oxşar obyekt inşa edib təhvil vermiş olmalıdır. 
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti). 
13. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti); -Hüquqi və faktiki ünvanlar barədə arayış vermək. 
14. Tender təklifini və tenderlə əlaqədar satınalan təşkilata təqdim olunan digər sənədləri imzalayan şəxsin tender təklifini və həmin sənədləri imzalamaq səlahiyyətini sübut edən sənədlər. Müəssisənin rəhbərinin təyin edilməsi haqqında qərarın surəti və imzasının notarius tərəfindən təsdiq olunmuş nümunəsi; - Müəssisənin strukturu və ştat cədvəli barədə arayış. 
15. Müqavilənin icrasına cəlb olunacaq hər ixtisas üzrə bütün işçilər haqqında cədvəldə verilmiş məlumat (arayış vermək), hər bir işçi ilə bağlanmış əmək müqaviləsinin surəti (və ya işçinin satınalma müqaviləsinin icrasında iştirak edəcəyi barədə razılıq ərizəsi; ərizədə işçinin soyadı, adı, atasının adı, doğum tarixi və yeri, satınalma müqaviləsinin icrasında yerinə yetirəcəyi vəzifə qeyd olunmalıdır).
16. Müqavilənin icrasına cəlb olunacaq subpodratçılar haqqında məlumat (arayış vermək).
17. Müqavilənin icrası, eyni zamanda işlərin yerinə yetirilməsi üçün istifadə olunması nəzərdə tutulan nəqliyyat vasitələri, texnikalar və avadanlıqlar haqqında məlumat (arayış vermək).
18. Son üç il ərzində yerinə yetirdiyi bütün müqavilələr haqqında məlumat (arayış vermək). 
19. Son üç il maliyyə hesabatları: mühasibat balansları, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kənar audit tərəfindən tərtib olunmuş audit hesabatları (əgər varsa), vergi orqanlarına verilmiş hesabatlar, maliyyə fəaliyyəti haqqında vergi orqanlarına təqdim olunmuş illik vergi bəyannamələrinin surəti və s. qeyd olunan sənədlər ardıcıllıqla sıralanmalı və surətləri əlavə olunmalıdır.
20. Podratçıların tender təkliflərinin təqdim olunmasının son tarixindən əvvəlki son 36 ay ərzində ümumi maliyyə dövriyyəsi barədə bank tərəfindən verilmiş rəsmi arayış təqdim olunmalıdır. Arayışda bank hesabının (hesablarının) təqdim olunan tarixə vəziyyəti (hesab qalığı, hesaba yönəldilən tələblər (kartoteka-2) və s.) barədə məlumatlar qeyd olunmalıdır. 
21. Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 16 mart 2023-cü il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə iki nüsxədə, əsli və surəti olmaqla müşayiət məktubu ilə birgə) 03 aprel 2023-cü il saat 15:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 04 aprel 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov, 29  ünvanında açılacaqdır.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!