16 Sentyabr 2025 16:12
613
CƏMİYYƏT
A- A+
Azərbaycan-Qazaxıstan: Qardaşlıq münasibətləri möhkəmlənir  

Azərbaycan-Qazaxıstan: Qardaşlıq münasibətləri möhkəmlənir  


Qazaxıstanın paytaxtı Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Maulen Aşımbayev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan bəyanat münasibətilə təbriklərini ifadə edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb.

Görüş zamanı şeyxülislam Allahşükür Paşazadə qardaş Qazaxıstana hər zaman böyük məmnuniyyətlə gəldiyini və qazax xalqına dərin hörmət bəslədiyini vurğulayıb.

QMİ sədri qeyd edib ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin dövründə müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında əsası qoyulmuş münasibətlər bu gün prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən qardaşlıq əlaqələri əsasında uğurla davam etdirilir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında - Füzulidə Qazaxıstanın hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd edərək, bu addımı qazax xalqının Azərbaycana qardaş hədiyyəsi kimi dəyərləndirib və dərin minnətdarlığını ifadə edib.

QMİ sədri Qazaxıstan dövlətinin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirərək Astana qurultaylarının bəşəri əhəmiyyətini xüsusi vurğulayıb.

"Azərbaycan Qazaxıstanın dinlərarası dialoq sahəsindəki təşəbbüslərinə hər zaman dəstək verib və Astana qurultaylarında mütəmadi iştirak edir", - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, eyni zamanda, Azərbaycanda keçirilən dinlərarası dialoq tədbirlərində Qazaxıstanın yüksək səviyyədə iştirakının vacib olduğunu vurğulayıb.

QMİ sədri qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərdə qardaş türk dövlətlərinin, xüsusilə qardaş Qazaxıstanın da öz töhfəsi var.

Görüş zamanı Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin 8-ci Qurultayı haqqında ətraflı məlumat verərək keçiriləcək panel iclaslar və Gənclər Forumu barədə təfərrüatlı məlumat təqdim edib.

Tərəflər dinlərarası dialoq və sivilizasiyalar arası əməkdaşlıq müstəvisində dövlətlər arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlığa dair planlar müzakirə edilib.

Hər iki tərəf dinlərarası dialoq və regional əməkdaşlıq sahəsində fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 73 cinayətin açılması təmin olunub

11:11
26 Avqust

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

11:09
26 Avqust

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

Qızıl və gümüş bahalaşıb

10:47
26 Avqust

“Brent”in qiyməti 87 dollara enib

10:45
26 Avqust

Azərbaycan nefti 91,93 dollara satılır

10:43
26 Avqust

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

10:37
26 Avqust

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!