14 Dekabr 2023 09:30
306
CƏMİYYƏT
A- A+
Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib

 

Dekabrın 13-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN xidmət"in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən "Azərbaycan Könüllülük Həftəsi 2023" çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Könüllülərin il ərzində göstərdikləri nəcib fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.
Forumun rəsmi açılışında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin səsləndirilməsi ilə rəsmi açılış hissəsinə start verilib. Müraciəti gənclər və idman naziri Fərid Qayıbov səsləndirib. 
Daha sonra Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva,  fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu çıxış ediblər. 
Natiqlər nəcib fəaliyyət olan könüllülüyün tarixindən, gənclərə faydasından danışıb, Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar. Çıxışlar zamanı "Könüllülüyün inkişafında dövlət qurumlarının rolu", "Azərbaycanda könüllülük hərəkatının dəstəklənməsi və genişlənməsi", "Qardaş Türkiyədə təbii fəlakət zonasında könüllülərin fəaliyyəti", "Tarixi torpaqlarımıza Böyük qayıdışda könüllülərin rolu" və "Beynəlxalq Könüllülər Günü və qlobal çağırışlar" mövzuları ilə bağlı fikirlər bölüşülüb. Həmçinin rəsmilər bildiriblər ki, dövlət başçımız tərəfindən könüllülük fəaliyyətinin təşviqi üçün yaradılan geniş imkanların nəticəsi olaraq xüsusilə son illərdə ölkəmizdə bu hərəkat geniş vüsət alıb və gənclər xeyirxah əməllərin öncül iştirakçılarına çevrilərək həm dövlətimizin, həm də cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. 
Rəsmi çıxışlardan sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev tədbir iştirakçılarına ittifaqın illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib. Qeyd edib ki, hər zaman olduğu kimi 2023-cü ildə də Prezident İlham Əliyevin könüllülüyün təşviqi və təbliği ilə bağlı müvafiq tapşırıqları və çağırışları əsas götürülərək həyata keçirilən fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu, eyni zamanda Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyətini əhatə edib. Bununla yanaşı, ittifaqın sədri "Azərbaycan Könüllüləri 2023-cü ildə" adlı Hesabat Jurnalını və videoçarxını təqdim edərək cari il ərzində baş tutan 300-ə yaxın layihədə on minlərlə gəncin iştirak etdiyini xüsusi olaraq vurğulayıb.
Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.  Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan könüllüləri adından  Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Yekunda Azərbaycan Könüllülərinin Himni səsləndirilib və forum iştirakçılarının xatirə fotosu çəkilib.
Qeyd edək ki, forum zamanı Ulu Öndər Heydər Əliyevə, o cümlədən könüllülərin müxtəlif dövrlərdə fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!