28 Sentyabr 2026 16:00
169
İQTİSADİYYAT
A- A+
Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   

Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   


Prezident İlham ƏLİYEV: “Neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək”


Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 ildən artıq müddət ərzində ölkənin qazandığı uğurlar göz qabağındadır. Nailiyyətlərimizi bütün dünya görür. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunu bir daha tədiqlədi. 

Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə dövlətimizin başçısı ilə söhbətdə moderatorun xatırlatdığı fakt və rəqəmlər də bunu göstərir. Belə ki, sözügedən dövrdə ÜDM 10 dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM 8 dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. 

İqtisadiyyat qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarım artırmaqla genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. 

 Bu gün Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Bu aspektdə moderator Azərbaycanın artıq Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısına çevrildiyini xatırladıb, bu məsələnin xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident İlham Əliyev indiyədək görülən işlərin gələcək inkişaf üçün ilkin şərt olduğunu bildirərək deyib: “Görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır. Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik”.

Beləliklə, indi başlıca məsələ bütün bunlara əsaslanaraq iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmaq, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialdan istifadə etməkdir. Əsas prioritetlərin biri bərpaolunan enerjidir. Ölkəmizin bu sarıdan böyük potensialı var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Hədəf elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qısası, qarşıdakı 5 il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.

İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi kimi logistika, nəqliyyat və bağlantılar qeyd olunub: “Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər”.

 Böyük potensiala malik sahələrdən biri də təbii ki,mədənçilikdir. Təsadüfi deyil ki, bununla əlaqədar dövlət proqramı da qəbul edilib. Bu, geniş bir fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Bununla belə, açıq-aşkar olan bir amil - neft və qaz unudulmayacaq. Çünki çox sayda müqavilələr imzalanıb . “Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək”, - deyə Prezidentimiz bildirib.

 Məlum olduğu kimi, forum çərçivəsində bu istiqamətdə bir sıra yeni sənədlər də imzalanıb. Bunlardan biri “SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı”dır. 

SOCAR eləcə də “ExxonMobil” şirkəti ilə Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalayıb. 

İmzalanan sənədlər arasında “SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol” da var. Və bunlar mübadilə edilən sənədlərin yalnız bir hissəsidir. Qeyd edək ki, builki Bakı Enerji Həftəsində digər müqavilələr də imzalanıb.

Bütün bunlar Azərbaycanın investisiyalara açıq ölkə olduğunu bir daha sübut edir. Bunun səbəblərindən birini dövlətimizin başçısı belə xarakterizə edib: “Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük”.

Prezident İlham Əliyev həmçinin bəyan edib ki, neft və qaz hələ də ən cəlbedici investisiya sahələrindən biri kimi investisiyaların həcmi nöqteyi-nəzərindən ən böyük seqment olacaq. Bu, uzun müddət belə olacaq.


Flora SADIQLI,

“Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:12
28 Sentyabr

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

16:51
28 Sentyabr

Tərtərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib

16:40
28 Sentyabr

Biləsuvarda pambıq yığımına start verilib

16:38
28 Sentyabr

 BYD yeni hədəfinə 2027-ci ildə çatacaq

16:35
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...

16:34
28 Sentyabr

Tovuzda böyük voleybol gecəsi - “Turan”ın tarixi matçına giriş pulsuz olacaq

16:11
28 Sentyabr

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb  

16:10
28 Sentyabr

Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri çoxdur   

16:00
28 Sentyabr

Şəhidlərin xatirəsi yad edildi

15:34
28 Sentyabr

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək  

15:33
28 Sentyabr

Ağcabədi rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

15:30
28 Sentyabr

Bakının daha bir “düyünü” açılır: Məhəmməd Xiyabani küçəsində yeni yol qovşağı  

15:29
28 Sentyabr

Almatı hava limanına 20 milyon dollarlıq sərmayə 

15:21
28 Sentyabr

7 saatlıq yol artıq 2 saata qət olunur

15:14
28 Sentyabr

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

15:04
28 Sentyabr

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib  

15:02
28 Sentyabr

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

14:48
28 Sentyabr

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

14:32
28 Sentyabr

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib  

14:23
28 Sentyabr

Yeni iqtisadi reallıqlar və Azərbaycanın yüksələn investisiya imkanları  

13:55
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!