13 Yanvar 2026 08:45
1522
Elm və texnika
A- A+
Azərbaycan iqtisad elminin fədaisi

Azərbaycan iqtisad elminin fədaisi


İnsan o zaman millətinin oğlu, zəmanəsinin övladı sayılır ki, özündən sonra xatirələrdə yaşayır, sağlam əməlləri ilə sonrakı ömürlərə işıq salır. Professor Teymur Vəliyev belə şəxsiyyətlərdən idi. 

İstedadı, zəhmətkeşliyi, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə elmin zirvəsinə ucalmış görkəmli alim, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Süleyman oğlu Vəliyev Azərbaycan iqtisad elminin yaradıcılarından biridir. 1926-cı il yanvarın 15-də Ağdamın Seyidli kəndində anadan olmuş Teymur Vəliyev Azərbaycanın ilk iqtisadçı alimlərindən biri kimi ömrünü respublikamızda iqtisad elminin və təhsilinin inkişafına həsr etmişdir.

Ömrünü Azərbaycanda iqtisad eliminin və təhsilinin inkişafına həsr edən Teymur Vəliyev 1953-cü ildən başlayaraq, respublikanın müxtəlif ali məktəblərində "Siyasi iqtisad" fənnindən (İqtisadi nəzəriyyə) dərs demiş, gənc nəslin iqtisadi təfəkkürünün formalaşmasında böyük xidmətlər göstərmişdir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda iqtisadiyyat elmi üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci şəxs məhz Teymur Vəliyev olmuşdur. 

Əməkdar elm xadiminin yaradıcılıq fəaliyyəti çoxsahəli və genişdir. Təsadüfi deyil ki, onu iqtisad elminin zirvəsini fəth etmiş alim andlandırırdılar. Onun rəhbərliyi və iştirakı ilə Azərbaycan dilində hazırlanan çox sayda dərslik, dərs vəsaiti, monoqrafiya və metodik göstərişlər bu gün də aktuallığını itirmir, tələbələr, mütəxəsislər üçün dəyərli mənbə olaraq qalır. 

Teymur Vəliyev müxtəlif problemləri əhatə edən 150-dən artıq elmi əsərin müəllifidir. Onun elmi potensialının yüksək olmasını bu gün bütün elm camiəsi etiraf edir. İstər iqtisad, istərsə də ictimai, humanitar və təbiət elmlərini dərindən bilən Teymur Vəliyev geniş dünyagörüşlü alim idi. Elmin müxtəlif sahələrini təmsil edən mütəxəssislər daim ondan məsləhətlər alır və hər dəfə də dəmir məntiqinə, ensiklopedik biliyinə heyran qalırdılar. Ümumiyyətlə, Teymur Vəliyevin böyüklüyü, ilk növbədə, onun intellekti, hazırladığı kadrlar, elmə verdiyi töhfələrlə müəyyən olunur.

O, özündən sonra insanların fikrində elmə və təhsilə xidmət, dövlət və dövlətçiliyə sədaqət nümunəsi olmaqla, həm də onlarla insanın elm, dövlət adamı kimi formalaşmasını ləyaqətlə həyata keçirmişdir. Teymur müəllim gənclərin təhsil və tərbiyəsi, Azərbaycanda iqtisad elminin öyrənilməsi və inkişafı məsələlərində çox həssas idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Teymur Vəliyevin elmi yaradıcılığı daha da genişlənib zənginləşdi. Onun 1999-cu ildə nəşr edilən "İqtisadi nəzəriyyə" kitabı ali məktəb tələbələri üçün yeganə dərslik oldu. Həmin il Teymur müəllimin "İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü" adlı monoqrafiyası da çapdan çıxdı.

İqtisad elmi sahəsində ən məhsuldar alim olan professor Teymur Vəliyevin 2000-2002-ci illərdə alim həmkarları ilə birgə yazdığı "İzahlı iqtisadi terminlər" adlı lüğət kitabı, "Azərbaycanda iqtisadi fikir tarixi", "Ümumi iqtisadi nəzəriyyə" və başqa əsərləri iqtisadçılara qiymətli töhfədir. Onun orta məktəblərin 9-11-ci sinifləri üçün nəzərdə tutulan "İqtisadiyyatın əsasları" adlı dərsliyi də mütəxəsisslər tərəfindən yüksək dəyərləndirilir. 

Əsl vətənpərvər, müdrik ağsaqqal olan Teymur Vəliyev iqtisadiyyat elmi sahəsində beynəlxalq aləmdə də tanınmış alim idi. O, bir çox beynəlxalq konfraslarda, simpoziumlarda, elmi forumlarda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Dəfələrlə Moskvada, Kiyevdə, Tbilisidə, keçmiş Çexoslovakiya, Rumıniya, Danimarkada keçirilən beynəlxakq konqres, simpozium və konfraslarda iqtisadi məsələlərə dair elmi nəzəri məruzələrlə çıxışlar etmişdir.

Elm aləmində böyük nüfuz sahibi olan Teymur Vəliyev insanlarla ünsiyyətdə nə qədər mehriban, qayğıkeş olsa da, işində bir o qədər ciddi və tələbkar idi. O, gənc iqtisadçılar üçün əsl müəllim idi. Fəxrlə deməliyik ki, bu gün Azərbaycan iqtisadiyyatında rəhbər vəzifələr tutan əksər iqtisadçıların peşəkar mütəxəssis kimi formalaşmasında professor Teymur Vəliyevin böyük rolu olmuşdur. O, iqtisadiyyat elmi sahəsində elmi-pedoqoji kadrların hazırlanmasında xeyli qüvvə sərf etmiş və onun rəhbərliyi altında 19 aspirant namizədlik dissertasiyası yazmış və müdafiə etmişdir. Teymur Vəliyev bir neçə doktorluq dissertasiyasına elmi məsləhətçi olmuşdur. O, həm də iqtisad elmləri üzrə 15 doktorluq və 17 namizədlik dissertasiyasına rəsmi opponentlik etmişdir.

Maraqlı və zəngin həyat yolu keçmiş Teymur Vəliyev uzun müddət SSRİ AAK-ın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitunda doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının həmsədri, eyni zamanda ADİU-da ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur. 

Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Teymur Vəliyev uzun illər respublikamızın ali məktəblərində rəhbər vəzifələrdə çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki İqtisad Universiteti) tədris işləri üzrə prorektor, 1971-ci ildən Azərbaycan (indiki Bakı) Dövlət Universitetində 12 il tədris işləri üzrə prorektor, 1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 8 il elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir.

Teymur Vəliyev iqtisad elminin inkişafında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1983-cü ildə Elmlər Akademisayının müxbur üzvü seçilmişdir.

Böyük vətənpərvər Teymur Vəliyev keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtlardan öz qələmi ilə separatçılara qarşı mübarizəyə qalxmış, onların əsas iddialarını ifşa etmiş, Azərbayacanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. Bu münaqişənin bünövrəsini qoyan Aqambekyanı telekörpü vasitəsilə debatda ifşa etmiş, ermənilərin iç üzünü açmış, onların böhtan dolu yalanlarını bütün xalqlara çatdırmışdır. Birinci Qarabağ savaşı dövründə Teymur Vəliyev dəfələrlə cəbhə bölgəsinə getmiş, döyüşən dəstələrə maddi və mənəvi dəstək olmuşdur. Qarabağlılar onu xeyirxah, nüfuzlu bir ağsaqqal kimi tanıyırdı.

Vətənini, torpağını canı kimi sevən Teymur Vəliyev 2002-ci ildə Qarabağ həsrəti ilə dünyasını dəyişdi. Yaşasaydı bu il 100 yaşı olardı. Elmimizə ləyaqətlə, vicdanla xidmət etmiş Teymur Vəliyev onu tanıyanların qəlbində həmişə yaşayacaq, Azərbaycan iqtisad elminin bünövrəsini qoyanlardan biri kimi xatirəsi böyük hörmət və ehtiramla yad ediləcək.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Qarabağı ermənilərdən azad  etməklə sınmış qürurumuzu bərpa etdi. Ruhun şad olsun, Teymur müəllim, məzarında rahat yat. Qarabağ Azərbaycandır!


Şöhlət KƏRİMOV,

Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Volodimir Zelenski: Emosional Ukrayna xalqı nə məni, nə də ABŞ-ı bağışlamaz  

23:59
17 Fevral

Zelenski: Ukrayna hava hücumlarını dayandırmağa hazırdır  

23:57
17 Fevral

Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u İtaliyaya əliboş göndərib  

23:42
17 Fevral

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

23:40
17 Fevral

Cenevrədə ABŞ, Ukrayna və Rusiya arasında görüş dörd saatdan çox çəkib  

23:14
17 Fevral

ABŞ rəsmisi: İran tərəfi iki həftə ərzində ətraflı təkliflərlə geri qayıdacaq  

23:12
17 Fevral

Zelenski: Rusiyadan iki min ukraynalı uşağın vətənə qaytarılmasına nail olmuşuq

22:13
17 Fevral

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın çox güclü texnikası var  

21:03
17 Fevral

Türkiyəli diplomat: Ermənistanın müstəqillik bəyannaməsi beynəlxalq müqavilələrin şərtlərinə ziddir  

20:31
17 Fevral

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb  

20:11
17 Fevral

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!