22 Dekabr 2025 11:34
637
Mədəniyyət
A- A+
Azərbaycan ilə Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub  

Azərbaycan ilə Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub  


Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Prezident İlham Əliyev və Sədr Si Cinpinin səyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər.

Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan ilə Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.

Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

O, həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib.

Nazir Sun Yeli öz növbəsində ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib. O, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov da iştirak edib.

Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib.

Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib  

16:09
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!