16 May 2024 08:25
306
SİYASƏT
A- A+
Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir

 

Dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant və multikultural dəyərlərin inkişaf etdirilməsinə və qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur. 
Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Qərbin aparıcı dövlətlərinin multikulturalizmdən imtina etməsi fonunda Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması, ölkəmizin son illər bu sahədə gördüyü qlobal işlərin nəticəsidir. Müstəqilliyin ilk günlərindən ölkəmizdə dövlət-din münasibətlərinin, eləcə də milli məsələlərin qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı kimi çıxış edən Ümummilli Lider Heydər Əliyev elə bir konsepsiya ortaya qoydu ki, bütün problemləri sülh və anlaşma yolu ilə tənzimləmək mümkün oldu. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Bu sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu gün Azərbaycanda multikulturalizm dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik". 
Multikulturalizm bütövlükdə dünyada müxtəlif etnoslara və dinlərə mənsub olan insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və etnik azlıqların və azsaylı xalqların inteqrasiyasına yönəldilmiş siyasətdir. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də uğurla inkişaf etdirir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Prezident hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayır: "Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar". 
2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpası, məscid və kilsələrin təmirinə diqqət göstərilməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir. 
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.
Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, bu çərçivədə gerçəkləşən layihələr beynəlxalq tribunalarda səsləndirilir, təqdir olunur və model kimi qəbul edilir. Məhz bu siyasətin davamlı və uğurlu inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Mərkəzin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.  Mərkəz yaradılarkən onun qarşısında mühüm vəzifələrin icrası qoyulub.  
Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq, Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək, mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək mərkəzin qarşısında duran vəzifələr sırasındadır. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi artıq 10 ildir fəaliyyət göstərir və bu illər ərzində qarşıda duran vəzifələrin icrası istiqamətində mühüm addımlar atılıb və uğurlu nəticələr əldə olunub. 
Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi icra olunur. Bu gün layihə geniş coğrafiyanı əhatə edir. Hazırda bu layihə çərçivəsində ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə, eyni zamanda dünyanın 26 aparıcı universitetində "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri tədris olunur. "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil olunur. Ötən 10 il ərzində gənclərə nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunduğu ölkəmizdə real olaraq göstərmək məqsədilə 14 Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbi təşkil edilib. Yay və qış məktəblərinin iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında geniş məlumat verilir, multikulturalizmə dair müxtəlif aspektlərdə mühazirələr oxunur və onların etnik icmalarla görüşləri təşkil edilir. Zaman-zaman erməni ekstremistləri tərəfindən Azərbaycan ərazisində yaşayan həmvətənlərimizə - müxtəlif etnik köklərə mənsub Azərbaycan xalqlarına qarşı törədilən terrorun tarixi, miqyası, acı nəticələri və bundan sonra bu terrorun  qarşısının alınması istiqamətində birgə əməkdaşlığın perspektivləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyası və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  həyata keçirdiyi "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində Azərbaycanda, eləcə də Avropa ölkələrində silsilə beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və forumlar  keçirilib, televiziya proqramları, videoçarxlar və filmlər çəkilib, xarici dillərdə kitablar, broşürlər, bülletenlər, tarixi sənədlər çap olunub. 
Azərbaycan tarixinin Qafqaz Albaniyası səhifəsini, bu mövzu ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırmaların nəticələrini geniş auditoriyaya çatdırmaq, eləcə də əsassız erməni iddialarını ictimailəşdirmək məqsədilə mütəmadi olaraq "dəyirmi masa"lar, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Bu istiqamətdə 11 beynəlxalq elmi konfrans təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "Bakı Prosesi" təşəbbüsü çərçivəsində keçirilən çoxsaylı beynəlxalq tədbirlər və layihələrdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman fəal iştirak edib, forumlar çərçivəsində "dəyirmi masa"lar və panel sessiyalar keçirib. 
Mərkəz xalqımızın mədəni irsini öyrənib təbliğ etməyə çalışır. Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Geridə qoyduğumuz 10 il ərzində Mərkəzin 40-dan artıq nəşri işıq üzü görüb.  
BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan "Multikulturalizm" verilişinin 58 buraxılışı yayımlanıb. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapıb. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdəki saxtalaşdırılan, dağıdılan və bərpa edilən mədəni irsimizə xüsusi diqqət ayrılıb.  
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısında duran vəzifələrin icrası çərçivəsində Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar, "dəyirmi masa"lar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlər.
Azərbaycan multikulturalizminin dünyada təbliğini daha uğurlu aparmaq üçün Bakı Beynəlxalq Multikulturalizm mərkəzi beynəlxalq əlaqələrinin genişləndirilməsinə də mühüm əhəmiyyət verir. Hazırda mərkəzin Azərbaycanın multikulturalizm siyasətinin xarici ölkələrdə təbliği işinə xidmət edən 9 filialı fəaliyyət göstərir.
Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin multikulturalizmin və tolerantlığın inkişafına, möhkəmləndirilməsinə və təbliğinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq ölkəmizdə etnomədəni münasibətlər özünün ən yüksək səviyyəsindədir. Son illərdə Azərbaycanda etnik mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, müxtəlif konfessiyalara hörmət və ehtiramın güclənməsi istiqamətində xeyli iş görülmüşdür. Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərin daşıyıcıları qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu, Azərbaycanda formalaşmış vətəndaş həmrəyliyinin, sağlam etnik və dini münasibətlərin məntiqi nəticəsidir. 
10 il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, gördüyü işlər Azərbaycan multikulturalizminin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib. Mərkəz mədəniyyətlərarası anlaşma, hörmət və əməkdaşlığın təşviqi, daha ahəngdar və inklüziv qlobal birliyin qurulmasına töhfə vermək üçün fəaliyyətini uğurla davam etdirir. Həm Azərbaycanda, həm də beynəlxalq arenada multikulturalizmin və mədəniyyətlərarası dialoqun təşviqi, daha inklüziv və harmonik dünya qurmaq üçün digər ölkələr və təşkilatlarla tərəfdaşlıq və əməkdaşlığın təşviqi üçün mərkəz rolunu oynayır.
Mərkəz dövlət başçısının etimadını daim doğrultmuşdur. Ən önəmlisi isə mərkəzin hər bir əməkdaşı inandığı ideyaları qorumuş və təbliğ etmişdir. Burada çalışan hər kəsin birinci amalı böyük Azərbaycan xalqına xidmət etmək və onun zəngin tarixi irsini və ənənələrini qorumaq olmuşdur. Qürurluyam ki, bu mərkəz yarandığı gündən mən də onun bir parçası olmuşam və Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm siyasətinin həyata keçməsində iştirak edə bilmişəm. Ötən 10 il müddətində BBMM-in fəaliyyətinə daim diqqət və qayğı göstərmiş cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün ziyalılarımıza, alimlərimizə, ictimai və siyasi xadimlərimizə, dini və etnik icmaların rəhbərlərinə, fəaliyyətimizdə daim tərəfdaş olmuş qurumlara, ölkə xaricində olan dostlarımıza, mərkəzin fəaliyyətini daim işıqlandırmış media mənsublarına, tələbələrimizə minnətdar olduğumu bildirmək istəyirəm. Eyni zamanda başda Mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev olmaqla Himayəçilik Şurasının bütün üzvlərinə və bütün əməkdaşlarımıza minnətdaram. Arzu edirəm ki, mərkəzin ömrü uzun olmaqla yanaşı, onun fəaliyyəti də daim aktual və keyfiyyətli olsun. Əmin olduğum bir fakt var ki, bu mərkəz var olduğu müddətcə Azərbaycan xalqına, dövlətinə və onun rəhbərliyinə xidmət edəcəkdir. 

Rəvan HƏSƏNOV,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!