14 Aprel 2025 18:32
329
CƏMİYYƏT
A- A+
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir  

Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti 1 saylı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onlar üçün DOST Konsepsiyasına və Nazirliyin rəqəmsal xidmətlərinə dair təqdimatlar edilib.

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymət alaraq ötən dövrdə 200-dən çox mükafata layiq görüldüyünü bildirib. O, sosial islahatlar prosesində BƏT-lə fəal əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycanın həmin Təşkilatın 59 Konvensiyasını, o cümlədən 9 fundamental, 4 prioritet Konvensiyasını ratifikasiya etdiyini, hazırda BƏT-in daha üç Konvensiyasının ratifikasiyası imkanlarının qiymətləndirilməkdə olduğunu qeyd edib. Ölkəmizlə BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla icra olunduğunu bildirən Anar Əliyev növbəti Ölkə Proqramı layihəsinin də hazırlandığını diqqətə çatdırıb.

Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində BƏT-lə birgə ədalətli keçid üzrə aparılan məhsuldar müzakirələrdən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü ildə Bakıda fəaliyyətə başlayan Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafına dəstəyi, keçən ilin sentyabr ayında BƏT-lə Əmək Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan özü ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edib, bununla ölkəmiz tərəfindən öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olunub. Təəssüf ki, ölkəmizin ərazisinin 12 faizindən çoxu Ermənistan tərəfindən minalarla çirkləndirilib və Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə mina qurbanlarının sayı 388-ə çatıb.

İşğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları diqqətə çatdırılıb.

Jilber Hunqbo Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəmizdəki sürətli inkişafın şahidi olduğunu qeyd edib. O, ölkəmizin BƏT-lə əməkdaşlığı daim genişləndirməsindən məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatları, əmək və məşğulluq sahələrində innovativ həllərin geniş tətbiqi işlərini maraqla izlədiklərini və müasir çağırışlara uyğun olaraq həmin sahələrdə islahatların davamlı xarakter almasının əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iş təcrübəsinin bir sıra yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ucaboyluluq diqqətçəkən olsa da...

09:10
26 Aprel

Niderlandda islamofobiya "çiçəklənir"

09:05
26 Aprel

Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır

09:00
26 Aprel

Çin Azərbaycanın "yaşıl" partnyoruna çevrilir

08:55
26 Aprel

Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

08:50
26 Aprel

Əsl erməni xisləti

08:45
26 Aprel

Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

08:40
26 Aprel

Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür

08:35
26 Aprel

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib

08:30
26 Aprel

Unudulmaz müəllimim - Mir Cəlal Paşayev

08:25
26 Aprel

Əqli mülkiyyət hamı üçündür

08:20
26 Aprel

"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti

08:15
26 Aprel

Milli təəssübkeşlik, Vətən və xalq sevgisi

08:10
26 Aprel

İkitərəfli əlaqələr yeni müstəviyə keçir

08:05
26 Aprel

Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət

08:00
26 Aprel

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında

01:15
26 Aprel

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə

01:14
26 Aprel

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında

01:13
26 Aprel

Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında

01:12
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:11
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:08
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!