25 Aprel 2025 19:12
555
CƏMİYYƏT
A- A+
Aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir  

Aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir  

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və aprelin 29-u gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, 27-si axşamdan 29-dək arabir güclənəcək

Ölkənin əsasən şimal və qərb rayonlarında aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

AZƏRTAC xəbər verir ki, bunu Xidmətin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib. O, aprel ayının ötən dövründə ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib: “Aprel ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı (0.3-13.6 dərəcə), 4 gün isə normadan aşağı (0.4-2.2 dərəcə) olub, orta aylıq temperatur 14.9 dərəcə isti qeydə alınıb”.

Onun sözlərinə görə, aprelin ötən dövründə ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvan MR-da (Culfa) 31.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 30.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 15-də Şahdağda 3.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6.3 dərəcə isti olub.

“Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 16-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378 faizi olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb, Aprelin 16-da Böyük və Kiçik Qafqazın çaylarında, ümumilikdə, 17 sel hadisəsi qeydə alınıb”, - deyə Xidmət rəisi bildirib.

N.Mahmudov qeyd edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Xınalıqda 76 sm olub.

Xidmət rəisi deyib: “Aprel ayının ötən günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 34, bölgələrdə isə 28 metrədək güclənib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!