26 Aprel 2025 09:05
574
DÜNYA
A- A+
Niderlandda islamofobiya "çiçəklənir"

Niderlandda islamofobiya "çiçəklənir"


Ölkədə müsəlmanlarla bağlı qanunsuz gizli məlumatlar toplanırmış


Niderlandın Məlumatların Mühafizəsi İdarəsi (AP) Sosial Məsələlər və Məşğulluq Nazirliyinə (SZW) müsəlman icmalarının üzvlərinin qanunsuz toplanmış şəxsi məlumatlarını iki ay ərzində məhv etməyi əmr edib. AP  2016-2019-cu illər arasında ölkədəki müsəlman icmaları, şəxslər və təşkilatlar barədə məlumat topladığını və bu fəaliyyətin qanunsuz həyata keçirildiyini qeyd edib.

Araşdırma zamanı məlum olub ki, nazirlik məscidlərə səfərlər zamanı özəl araşdırma şirkəti vasitəsilə fəaliyyət göstərib. Müsəlmanlarla bağlı məlumatlar kimliklərini gizlədən işçilər vasitəsilə toplanıb. Məlumdur ki, ən azı 31 nəfər qanunsuz  tədqiqatın subyekti olub.

Avropa Parlamentinin sədri Aleyd Volfsen bildirib ki, heç bir hüquqi əsas olmadığı və nazirliyin bununla bağlı şəffaflıq nümayiş etdirmədiyi üçün bu araşdırmalarda şəxsi məlumatların toplanması qanunsuzdur. Spikerin fikrincə,  bu, həm də dini ayrı-seçkilik xarakteri daşıyıb, çünki  əsasən müsəlmanəsilli insanlar hədəf alınıb.

Milli Terrorla Mübarizə və Təhlükəsizlik Koordinasiya Müdirliyinin (NCTV) nəzarətində olan bir sıra müsəlmanın adından iddia qaldıran vəkil Samirə Sabir, DENK Partiyasından millət vəkili Doğukan Ergin, habelə Dövlət və Müsəlmanlarla Əlaqələr İdarəsinin (CMO) sədri Muhsin Köktaş vəziyyəti "Anadolu" agentliyinə şərh ediblər. Samirə Sabir bildirib ki, Sosial Məsələlər  və Məşğulluq Nazirliyi uzun müddətdir ki, müsəlman icmalarında fəal rol oynayan şəxslərin, o cümlədən imamların, məscid rəhbərlərinin və xətiblərin şəxsi məlumatlarının qanunsuz toplanması və emalı ilə məşğul olub. Vəkilin dediyinə əsasən, şübhəli tədqiqat şirkətlərinin köməyi ilə böyük həcmdə məlumat toplanıb və emal edilib. Üstəlik, bu, monitorinqdə olan şəxslərin xəbəri olmadan həyata keçirilib.

Sabir nazirlikdən sorğular nəticəsində yalnız xülasə və qismən məlumat əldə etmək mümkün olduğunu, lakin daxil olan məlumatlara əsasən bunların toplanması üsullarının qanunsuz olduğunu da deyib: "Biz müəyyən etdik ki, nazirlik "şübhəli tədqiqat şirkətləri" və ya "casus" kimi xatırlanan şəxsləri vəzifəyə təyin edir. Həmin şəxslər özlərini təqdim və niyyətlərini izah etmədən məscidlərdə suallar verir və məlumat toplayırdılar". Onun sözlərinə görə, toplanmış məlumatlar NCTV və bələdiyyələrlə paylaşılıb: "Məqsədimiz bütün məlumatların silinməsini təmin etməkdir, lakin əvvəlcə dəqiq olaraq hansı məlumatın hələ də mövcud olduğunu və kimlərlə paylaşıldığını müəyyən etməliyik. Məlumatların nə qədər yayıldığını hələ dəqiq bilmirik və bu səbəbdən qətiyyətlə məhkəmə prosesini sona çatdırmağa qərarlıyıq".

Millət vəkili Doğukan Ergin isə bildirib ki, dövlət ilk növbədə öz vətəndaşlarına güvənməlidir. Lakin Niderland dövləti islamofobiya, müsəlmanlara qarşı sırf təhlükəsizliyin olmamasına əsaslanan özbaşına siyasət həyata keçirib. O  qeyd edib ki, Sosial İşlər və Məşğulluq Nazirliyi ilə bağlı parlament sorğularına alınan cavablar qənaətbəxş deyil: "Onlar dedilər ki, bunun necə baş verdiyini bilmirik, məqsədimiz bu deyildi, biz sadəcə, o vaxt Suriyaya gedən gəncləri nəzarətdə saxlamaq istəyirdik. Burada əsas problem dövlətin bütün vətəndaşlarına güvənməsi, lakin müsəlmanlara münasibətdə etibarsız siyasət yürütməsidir". Deputatın sözlərinə görə, bu vəziyyət müsəlman icmalarında inamsızlıq yaradıb.

Ergin toplanan məlumatların silinməsi prosesindən də rahatsız olduğunu bildirib: "Bu məlumatlar iki ay ərzində Sosial Xidmətlər Departamentində silinsə də, onlardan müxtəlif dövlət idarələrində istifadə olunma ehtimalı yüksək olaraq qalır. Bu məlumat kimisə işə götürməkdən imtina etmək və ya müsəlmanların banklarda lüzumsuz sorğu-sual edilməsinə səbəb ola bilər".

Ergin məsələnin parlamentin gündəliyinə salınması cəhdlərini bildirib. Lakin onun ümumi yığıncağın çağırılması təklifi rədd edilib.

Öz növbəsində CMO rəhbəri Muhsin Köktaş 2016-2019-cu illər arasında aparılan araşdırmaların bələdiyyələr və NCTV ilə əməkdaşlıqda gizli şəkildə aparıldığını söyləyib: "Tədqiqatçılar məscidlərə gedib araşdırma keçirdiklərini demədən özlərini camaatın nümayəndəsi kimi aparıblar. Kimin kiminlə əlaqə saxladığı, məscid rəhbərinin ailəsində nələrin baş verdiyi, kimin kiminlə mübahisə etdiyi ilə bağlı çox dərin və az qala casus xarakterli araşdırma aparılıb. Bu barədə məlumat sonradan "NRC" qəzetinin reportajında yer alıb. Əks halda nazirliyin özü bunu açıqlamazdı".

Köktaş bu hadisələrin müsəlmanlar arasında böyük inamsızlığa səbəb olduğunu və sadəcə, məlumatların silinməsinin kifayət etməyəcəyini qeyd edib: "Ola bilsin ki, adlar silinib, lakin bu vəziyyətin yaratdığı inamsızlıq aradan qaldırılmalıdır. Hazırda müsəlmanlarda elə təəssürat yaranır ki, onlar izlənilir və idarə olunurlar".

Deputat bildirib ki, son vaxtlar parlamentdəki bəzi partiyalar azan oxunmasını qadağan edən qanun layihəsini müzakirə edirlər: "Müsəlmanlara qarşı ayrı-seçkiliyə dair hesabata baxmayaraq, parlamentdə müsəlmanların həyatını çətinləşdirəcək, inanc və həyatlarını məhdudlaşdıracaq məsələlər müzakirə olunur. Bu, müsəlmanları  çox rahatsız edir".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!