26 Aprel 2025 09:10
2758
Səhiyyə
A- A+
Ucaboyluluq diqqətçəkən olsa da...

Ucaboyluluq diqqətçəkən olsa da...


Bəzən zahirən gözəl və yaraşıqlı olan insanların həyata bir addım öndə başladıqlarını deyirlər. İnsanlarda mənəvi dəyərlər əsas olsa da, beynimiz qarşılaşdığımız insanları öncə xüsusiyyətlərindən çox, xarici görünüşünə görə dəyərləndirir. Təbii ki, istisna halların da olması mümkündür. Lakin bu, ümumi qanunauyğunluğu pozmur. 

Demək olar ki, hər kəsin, xüsusilə də oğlanların arzuladığı uca boy daxili və ətraf mühit amillərinin qarşılıqlı təsirindən, əsasən genetikadan, habelə idmanla məşğul olmaqdan  və inkişaf dövründəki qidalanmadan asılıdır. Sümüklərin uzanma prosesi qızlarda 18-20, oğlanlarda isə 22 yaşına kimi davam edir. Ata-ananın boyunun hündürlüyü əksər hallarda övladlarının da boylarının uca olmalarını şərtləndirir. Lakin burada yeddi nəsil önəmli meyar sayılır. Belə ki, nəsildə qısaboylu insanlar varsa, bu, uşağın DNK-sında kodlanır. Bu zaman hormonal balans və qida rasionuna diqqət edərək boyun uzanmasına nisbətən kömək etmək olar.

Bəzən uzunboylu kişi və qadınların daha dominant, sağlam və ağıllı olduqları düşünülür. Lakin buz dağının görünməyən tərəfi də var. Belə ki, mütəxəssislər hündür olmağın sağlamlığa mənfi təsirlər də göstərdiyini deyirlər. Hələ 1992-ci ildə bioloji antropoloq Tomas Samaras Ümumdünya Səhiyyə Təşkilatının bülletenində ucaboylu insanların daha qısa ömür sürdüyünü iddia edən bir araşdırma dərc etdirib.

İsveçin Karolinska İnstitutunun tədqiqatçıları uca boyun xərçəng riskini artırdığını, boyun hər 10 santimetrində xərçəng riskinin qadınlarda yüzdə 18, kişilərdə isə yüzdə 11 faiz artdığını təyin ediblər. Bu, hündür insanların xərçəngə çevrilə bilən hüceyrələrinin daha çox olması ilə izah edilib. Bəlkə elə buna görə də kişilərin xərçəngə tutulma riski qadınlara nisbətən 50 faiz yüksəkdir.

Türkiyəli professor Osman Müftüoğlunun sözlərinə görə, orqanizmdəki qocalmış hüceyrələrin bəziləri ölməkdən imtina edir və "zombi hüceyrələr"ə çevrilir. Bu "zombilər" iltihaba səbəb olan maddələr istehsal edərək gənc hüceyrələrin öz işlərini görmələrinə mane olurlar. Ölməyən, lakin normal hüceyrə funksiyalarını yerinə yetirə bilməyən bu hüceyrələr yaşlılığa bağlı osteoartrit, ateroskleroz, altsheymer və parkinson kimi nevroloji degenerativ xəstəliklərin yaranmasına səbəb olur. Gənc bədən "zombi hüceyrələri" və toxumalarını təmizləyə bildiyi halda, immun sistemi yaşlandıqca proses dayanır. Bu hüceyrələr toxumalarda toplanır və qocalmağa səbəb olur.

İnsan orqanizmində olan yararsız və mənfi hüceyrələrin kiçik bir hissəsini belə təmizləmək yaşa bağlı orqan pozulmalarını gecikdirir, ömrün uzunluğunu və keyfiyyətini artırır. Bu hüceyrələri məhv edən molekullara senolitiklər deyilir. Ən güclü senolitik COVID-19 pandemiyası zamanı adı daha çox hallanan immunitet-gücləndirici kversetindir. Güclü antioksidant təsirə malik bu maddə sərbəst radikalları zərərsizləşdirir, iltihabı yox edir, ürək və xərçəng xəstəliyinin qarşısını alır, beyində yaddaş pozulmasını, qocalıq demensiyasının yaranmasını əngəlləyir, allergiyanı yüngülləşdirir, immuniteti dəstəkləyir, bağırsaqlara prebiotik kimi təsir edir, C vitamininin mənimsənilməsini artırır, sinkə dəstək olur, beynin qavrama qabiliyyətini yülsəldir. Kversetitinin gündəlik dozası böyüklər üçün 10-40 mq-dır. Bir boşqab tərəvəz, 500 qram meyvə 250-300 mq kversetin deməkdir.

Kversetin qırmızı soğan, brokkoli, kələm, bolqar bibəri, qırmızı alma, armud, üzüm, kahı, qarabaşaq, qoz, badam və xurmanın tərkibində olur. Mütəxəssislər orqanizmin bu maddəni yaxşı mənimsəsin deyə, tərəvəzləri zeytun yağı ilə qarışdırıb yeməyi tövsiyə edirlər.

Fisetin də güclü senolitikdir. O, beyin funksiyasını qoruya bilər, oksidləşdirici stresi azalda bilər və sağlam qocalmanı dəstəkləyə bilər. Kversetindən daha güclü və təsirli olan bu maddə nisbətən az məhsulda mövcuddur. Onun ən güclü mənbəyi çiyələkdir. Hər gün 50-100 qram çiyələk böyük lif gücü verir. Mütəxəssislər bildirirlər ki, tövsiyə edilən qidaları qəbul etməklə hər bir insan orqanizmini zərərli maddələrdən təmizləyə, yaşlanma prosesini yavaşlada bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!