11 İyul 2025 08:30
624
İQTİSADİYYAT
A- A+
Azərbaycan-BƏƏ: "Yaşıl enerji" tərəfdaşlığının tarixi az, nəticələri çoxdur

Azərbaycan-BƏƏ: "Yaşıl enerji" tərəfdaşlığının tarixi az, nəticələri çoxdur


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına təkan verir. Prezident İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı bu, bir daha vurğulanıb.             

Görüşdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və perspektiv layihələr müzakirə edilib. SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti), həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirilib.

Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb. Neft-qaz sahəsində uzun müddətdir tərəfdaşlıq etdiyimiz onlarca şirkət var. İndi onların sayı "yaşıl enerji" layihələrindəki birgə iş sayəsində daha da artır. Bərpaolunan enerji hədəflərimizi bir sıra dünyaşöhrətli şirkətlərlə  reallaşdırırıq ki, bunlardan da biri BƏƏ-nin "Masdar" şirkətidir.

Bu şirkətlə tərəfdaşlığın tarixi qısa olsa da, görülən işlərin nəticəsi hər iki ölkəyə   məmnunluq gətirir. Belə ki, 2023-cü il oktyabrın 26-da şirkətin tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Elə bu stansiyanın açılış mərasimi çərçivəsində dövlətimizin başçısının iştirakı ilə Azərbaycan Hökuməti və "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir.

 Keçən il iyunun 4-də isə Bakı Enerji Həftəsinin açılışı günü eyni zamanda sözügedən stansiyaların təməli qoyuldu. "Bakı-Ekspo" Mərkəzində təməlqoymadan əvvəlki çıxışında  Prezident  İlham  Əliyev bildirmişdir ki, "bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və "Masdar" "yaşıl enerji"yə keçid sahəsində ən öndə gedən şirkətdir".

"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız "Masdar" şirkətinin Azərbaycandakı fəaliyyəti COP29-da da vurğulandı. Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkdi.    

Qeyd edək ki, "Masdar" dünyanın ən sürətlə inkişaf edən bərpa-olunan enerji şirkətlərindən biridir. Şirkət 2030-cu ilədək 100 QVt-lıq bərpaolunan enerji portfeli yaratmağı və "yaşıl hidrogen" istehsalında da öndə olmağı hədəfləyir. Qlobal təmiz enerji lideri kimi "Masdar" günəş, külək, geotermal, enerjisaxlama batareyası və "yaşıl hidrogen" sahələrində layihələr həyata keçirərək, enerji keçidini sürətləndirməyə çalışır. 2006-cı ildən etibarən 40-dan çox ölkədə layihələrə sərmayə qoyan şirkət təmiz və sərfəli enerji təminatına töhfə verir. Onun fəaliyyət göstərdiyi ölkələr sırasında BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqaları var. "Masdar"ın ölkəmizlə də əməkdaşlığının perspektivlərinin böyük olduğu şəksizdir. 

ADNOC da yaxın tərəfdaşımızdır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağı layihəsində sanballı iştirak payına malikdir. Əslində, ADNOC bir çox sahəni əhatə edən böyük kampaniyadır. Belə ki, onun müxtəlif ölkələrdə quru və dəniz yataqlarında neft və qaz hasilatı ilə, qazma, emal, daşıma, alqı-satqı ilə məşğul olan bir çox şirkəti var. ADNOC Azərbaycanla enerji keçidi sahəsində də  fəaliyyət  göstərmək fikrindədir. 

Beləliklə, BƏƏ ilə "yaşıl enerji" tərəfdaşlığımızın tarixi qısa, nəticələri diqqətəlayiq, perspektivləri böyükdür. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!