06 Yanvar 2026 11:13
262
CƏMİYYƏT
A- A+
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb  

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir. Bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları yaşıl enerji zonalarının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!