19 Mart 2023 03:11
861
SİYASƏT
A- A+
Avropa Parlamenti sülhə qarşı çıxır

Avropa Parlamenti sülhə qarşı çıxır

 

Azərbaycan öz qətiyyəti və uğurları ilə bu qurumun məkrli planlarını iflasa uğradır

 

Xəbər verildiyi kimi, martın 15-də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli və yalan dolu qətnamə qəbul edib. 
Ölkəmiz üçün kağız parçasından başqa bir şey olmayan həmin "sənəd"də AP-nin azərbaycanlılara qarşı qərəzinin sistemli xarakter alması, qurumun Azərbaycanofob və islamofob mahiyyəti, xalqımıza qarşı nifrət elementləri açıq-aydın görünür. AP bu qətnaməsi ilə bir daha sübut etdi ki, erməni lobbisinin maraqlarına xidmət etməklə, Azərbaycana böhtan atmaqla regionda sülhün və təhlükəsizliyin əldə olunmasını istəmir. AP-nin bu əməli Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətə ziddir. 
Amma bu da faktdır ki, Azərbaycan hansısa dövlətin və ya təşkilatın diktəsi ilə hərəkət etmir və qətiyyətli siyasət yürüdür. 

 

Avroparlament mütərəqqi dəyərlərə xəyanət edir

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında qeyd edib ki, AP-nin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qurumun ikili standartlarla fəaliyyət göstərməsinin, qərəzli yanaşmasının təzahürüdür: "Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir.  Mən bu qətnaməni qəbul edənlərə səslənirəm. İşğal dövründə rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri ermənilər tərəfindən barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Babamın, nənəmin qəbiri təkcə dağıdılmayıb, onların sümükləri də çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, qəbirləri və sümükləri hətta təhqir də ediblər. Sualım belədir, siz bunun nə demək olduğunu təsəvvür edə bilirsiniz?! Təəssüf ki, Avropa Parlamenti bütün bunları görməzlikdən gələrək Ermənistana dəstək nümayiş etdirir, onların çirkin əməllərinə ortaq olur. Bu, daim insan hüquq və azadlıqlarından danışan, guya, beynəlxalq hüquq prinsiplərinə əməl edən bir quruma yaraşan davranış deyil. Görünən odur ki, AP Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyi ənənə halına çevirib".
Deputat bildirib ki, ötən 30 ilə yaxın müddətdə ölkəmizə qarşı törədilən belə amansızlıqlara, vandallıqlara qarşı səsini çıxarmayan Avropa Parlamentinin indi bizə "tövsiyə" verməyə heç bir haqqı çatmır: "Ermənilərin xalqımıza qarşı vəhşiliklərinin sayı-hesabı yoxdur. Onlar bizim ibadət yerlərimizi, 67 məscidimizi barbarcasına dağıdıb, içərisində donuz və digər heyvanlar saxlayıblar. Bütün bunlar məqsədli şəkildə edilib. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra da ermənilər torpaqlarımızda mina basdırmaqda, davamlı olaraq atəşkəsi pozmaqda davam ediblər. Bəs niyə Avropa Parlamenti bunlara heç bir reaksiya vermir? Yoxsa bunları görmək və eşitmək istəmir? Niyə işğal vaxtı Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan Azərbaycan torpaqlarını boşaltmağı tələb etmədilər? Bəlkə, bütün bunlar müsəlman olduğumuza görədir?!"
C.Məmmədovun sözlərinə görə, Avropa Parlamentinin ədalətsiz davranışları belə qənaət yaradır ki, Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan "səlib yürüşləri"ni davam etdirmək niyyətindədir: "Lakin bu siyasət və yanaşma qəbuledilməzdir. Bu kimi addımlar və cəhdlər Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə gücünə güc qatan Azərbaycanı haqq yolundan döndərə bilməz. Biz haqlı olduğumuzu dəqiq bilirik. Ona görə də belə qətnamələr bizim üçün sadəcə kağız parçasıdır".

 

AP Azərbaycanın nailiyyətlərini həzm edə bilmir

 

Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, AP-nin ölkəmizlə bağlı qəbul etdiyi hesabat və qətnamə layihələri Azərbaycana qarşı iftiralarla, ədalətsiz mövqe və cəfəngiyyatlarla doludur: "Azərbaycanla bağlı martın 15-də hazırlanan hesabat tamamilə ədalətsizdir və reallıqları qətiyyən əks etdirmir. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olmasına, Avropanın enerji təhlükəsizliyində mühüm mərkəzə çevrilməsinə baxmayaraq, bu faktorlar sənəddə çıxdaş edilib və Azərbaycanın əleyhinə olan qərəzli müddəalar yer alıb. Qurumun belə absurd "sənəd" qəbul etməsinin başlıca səbəbi isə Azərbaycanın müstəqil siyasət yürütməsinin həzm edilməməsidir. Avropa Parlamenti bütün region və bölgələrdə diktə edən tərəf olmağa alışıb, guya, onların "tövsiyə"ləri heç bir sorğu-sual olunmadan qəbul edilməlidir. Azərbaycan isə müstəqil və suveren ölkə kimi heç bir dövlətin və ya təşkilatın diktəsi ilə oturub-durmur".
Deputat deyib ki, məlum qətnamə başdan - ayağa qərəz üzərində hazırlanıb: "Açıq-aydın ortadadır ki, bu qətnamədə yer alanlar  Ermənistan rəhbərliyi tərəfindən təqdim edilib və Avropa Parlamenti də qəbul edib. Bu qurum təəssüf ki, Ermənistanın lobbi maraqlarını müdafiə edir".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!