08 Fevral 2025 08:20
317
SİYASƏT
A- A+
Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" sülhə xidmət etmir

Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" sülhə xidmət etmir


Avropa İttifaqının ölkəmizə qarşı qərəzli mövqe tutması təzə xəbər deyil. Xeyli müddətdir ki, işğalçı Ermənistanı dəstəkləyən bu qurum anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Bu günə qədər ölkəmizin əleyhinə heç bir hüquqi əsası olmayan çoxsayda qətnamələr qəbul edib. 

Bu qətnamələrin ermənipərəst qüvvələrin təkidi ilə qəbul olunduğu da sirr deyil. Həmin kağız parçalarının qəbuluna səs verənlər Avropa Parlamentinə seçkilər zamanı erməni lobbisindən maliyyə və seçici dəstəyi alan şəxslərdir. Bu, bir daha göstərir ki, Avropa İttifaqının, bütövlükdə Qərb ölkələrinin Azərbaycana qarşı atdığı addımların arxasında yalnız şəxsi və maddi maraqlar dayanır. 

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsində yalnız bir qrup parlamentari xüsusi fəallıq göstərir. Onlar əsasən Fransanı təmsil edən deputatlardır. Bu addımları erməni lobbisini razı salmaq üçün atırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbəsi ilə yalnız işğalçı Ermənistanı məğlub etmədi. Ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, qələbəsi ilə uzun illər rəsmi İrəvana müxtəlif formalarda dəstək verən ölkələrə və bəzi beynəlxalq təşkilatlara da sarsıdıcı zərbə vurdu. Odur ki, bu qüvvələr Azərbaycana qarşı hücuma keçiblər.

İkinci Qarabağ müharibəsi qələbəmizlə başa çatandan sonra Avropa İttifaqı müşahidəçilik missiyası məsələsini ortaya atdı. Rəsmi Bakı isə dəfələrlə bildirdi ki, Avropa İttifaqının mülki müşahidə  missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Amma buna baxmayaraq, Avropa İttifaqı missiyasını daha da genişləndirdi. Bütün bunlar isə regionda vəziyyəti daha da gərginləşdirdi.

Son günlər Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən "müşahidə missiyası" Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib. Yayılan görüntülərdən də müşahidə olunur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-yə məxsus maşın karvanı sərhədə doğru irəliləyir. Xatırladaq ki, "missiya"nın təxribat xarakterli fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfi dəfələrlə öz narazılığını bildirib və bildirməkdə davam edir. Çünki "müşahidə missiyanın" gərginlik yaratmaqdan başqa heç bir işi yoxdur.

Bütün baş verən hadisələrdən, Azərbaycana qarşı qərəzli mövqedən aydın olur ki, regionda gedən sülh prosesləri Qərbin müəyyən strukturlarının ürəyincə deyil. Buna görə də bütün vasitələrlə gərginliyə səbəb ola biləcək addımlar atılır. Sirr deyil ki, Qərbin gizlin və açıq Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılmasına cəhd edilir. Amma görünən odur ki, bu istiqamətdə atılan addımlar çox uğursuzdur. Çünki Ermənistan hələ də KTMT-də qalmaqdadır. 

Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayının 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Avropa İttifaqının, Qərb ölkələrinin ölkəmizə qarşı qərəzli mövqe tutmağından, Ermənistanı silahlandırmağından bəhs edərək demişdir: "Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil".

Dövlətimizin başçısı müsahibəsi zamanı aparılan sülh danışıqlarına toxunaraq demişdir ki, biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.

Hadisələrin gedişi göstərir ki, Ermənistan regionda sülh istəmir. Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" sülhə, əmin-amanlığa xidmət etmir. Nəhayət, rəsmi İrəvan Avropa İttifaqının müşahidə missiyasının ölkədən çıxarılmasına qərar verməlidir. Əks halda bundan uduzan yenə Ermənistan olacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ

14:05
14 Mart

Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır

13:59
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”

13:36
14 Mart

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb  

13:33
14 Mart

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir  

13:32
14 Mart

Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik

13:27
14 Mart

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

13:19
14 Mart

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb

13:18
14 Mart

Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır

12:56
14 Mart

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub  

12:52
14 Mart

İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib  

12:51
14 Mart

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir

12:50
14 Mart

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb 

12:46
14 Mart

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə ayrılan vəsaitin məbləği 8 faizdən çox artıb  

12:31
14 Mart

Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir  

12:23
14 Mart

“Politico” nəşri: Avropa Parlamenti yenidən korrupsiya ittihamı ilə çalxalanır  

12:14
14 Mart

Əli Əsədov: Ötən il sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub

11:53
14 Mart

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub  

11:53
14 Mart

Əli Əsədov: Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

11:50
14 Mart

Baş nazir: 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb

11:47
14 Mart

Sabiq Prezident: Bakı Forumu böhranların mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir  

11:43
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!