20 May 2025 08:45
503
İQTİSADİYYAT
A- A+
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır


Aİ enerjiyə ehtiyacı olan zaman ölkəmizin göstərdiyi dəstəyi yüksək dəyərləndirir


Avropanın enerjiyə ehtiyacı olan zaman Azərbaycanın göstərdiyi dəstək mühüm əhəmiyyət daşıyır və təsadüfi deyil ki, yüksək qiymətləndirilir. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı olduğunu dəfələrlə vurğulayıblar. Bu fikir Prezident İlham Əliyevin cari il mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşündə bir daha səsləndi.

Məlum olduğu kimi, 18 iyul 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədə əsasən, 2027-ci ilədək ölkəmiz qaz təchizatını iki dəfə artıracaq. Yəni Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq. 

Prezident İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində təbii qaz ixracından danışarkən demişdir: "Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi. Beləliklə, bunun üzərində işləməyə başladıq. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir".

Hazırda Azərbaycandan 12 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır. Bunların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Gələn ildən Albaniyanın da ölkəmizdən qaz idxal edəcəyi gözlənilir. Başqa sözlə, Avropanın Azərbaycan qazına tələbatı artır, ixracın coğrafiyası genişlənir, "Cənub qaz dəhlizi"nə birləşən yeni interkonnektorlar nəql marşrutlarını şaxələndirir. Tiranadakı görüşdə bu sahədə böyük pespektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı ölkəmizin Orta dəhlizdə oynadığı vacib rol, dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyalar və bu istiqamətdə aparılan işlər qeyd edilib. Dəhlizlə yüklərin daşınma həcminin artdığı bildirilib. 

Hazırda Azərbaycan Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləyib. Odur ki, Tiranada dövlətimizin başçısının Aİ rəsmiləri ilə görüşündə Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə də toxunulub. Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.

Xatırladaq ki, bu il yanvarın 9-da Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta dövlətimizin başçısına zəng etmişdi və telefon söhbəti zamanı da Azərbaycan ilə Aİ arasında nəqliyyat, xüsusilə Orta dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən "yaşıl enerji" dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı. Bir vacib məqam da o idi ki, həmçinin təmasların davam etdirilməsi razılaşdırılmışdı.

Aprelin 25-də isə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Bakıya rəsmi səfər edib. Səfər çərçivəsində xanım Kallas Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirib, ardınca isə Azərbaycan Respublikasının xarici işlər naziri ilə danışıqlar aparıb.

Görüşlər zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətlərin vəziyyətini nəzərdən keçirib, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Kaya Kallas Trans-Adriatik Qaz Boru Kəmərinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirmiş və bir daha vurğulamışdır: "Azərbaycan regionda vacib tərəfdaşdır, Avropa İttifaqı üçün enerji sahəsində etibarlı tərəfdaş kimi yüksək qiymətləndirilir və biz münasibətlərimizi möhkəmləndirmək istiqamətində mühüm addımlar atmışıq. Siz Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyimizin gücləndirilməsinə yardım göstərmisiniz - bu, dünyanın misilsiz çətinliklərlə üzləşdiyi bir dövrdə olduqca önəmlidir". 

Həmin səfər çərçivəsində keçirilən görüşlərdə də həmçinin Aİ ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni bağlantıların qurulması imkanları da müzakirə olunmuşdu.

Bütün bunlar Avropa ilə ölkəmiz arasında münasibətlərin normal məcrada inkişafını göstərir. Bu, eyni zamanda münasibətlərdə yeni səhifələrin açılacağından xəbər verir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

13:19
18 Aprel

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etməliyik VİDEO  

13:15
18 Aprel

Muxtar Babayev: COP29-da əldə edilən razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər 

13:07
18 Aprel

Sabah Bakıda hava dəyişkən buludlu, bəzi rayonlarda isə yağıntılı olacaq

13:02
18 Aprel

Bakıda növbəti iməcilik: küçələr yuyulub, yaşıllıqlara qulluq göstərilib

12:51
18 Aprel

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır  

12:47
18 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

12:41
18 Aprel

Elçin Əmirbəyov: Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır  

12:31
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olacaq

12:23
18 Aprel

Gürcüstanlı nazir: Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir

12:17
18 Aprel

Bütün vədlərini layiqincə doğruldan Lider

12:00
18 Aprel

Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib  

11:55
18 Aprel

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlıq genişləndirilir

11:18
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!