04 İyun 2026 08:50
446
İQTİSADİYYAT
A- A+
Aqrar sektor bundan sonra da ölkənin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olacaq 

Aqrar sektor bundan sonra da ölkənin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olacaq 


Kənd təsərrüfatı "dəstək" modelindən "səmərəlilik" modelinə keçir


Azərbaycan Prezidenti İlham Əliyevin hökumət nümayəndələri ilə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər sadəcə kənd təsərrüfatı sahəsinə dair növbəti müzakirə kimi qiymətləndirilə bilməz. Müşavirədə söhbət geosiyasi çağırışlar, regional müharibələr, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi məsələləri və iqtisadiyyatın postneft transformasiyası fonunda aqrar sektorun ölkənin iqtisadi modelindəki rolunun yenidən dəyərləndirilməsindən getmişdir.

Dövlət başçısı, özünün də etiraf etdiyi kimi,  fəaliyyətinin ilk illərindən başlayaraq, kənd təsərrüfatına və regionların inkişafına xüsusi diqqət verir. Həqiqətən, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda regionların modernləşdirilməsi istiqamətində genişmiqyaslı dövlət proqramları icra edilib. Məhz bu proqramlar regionların  inkişafı üçün möhkəm təməl olmuşdur. Kilometrlərlə avtomobil yolları salınmış və yenidən qurulmuş, su təchizatı və irriqasiya sistemləri, elektrik xətləri, qaz şəbəkələri, sosial infrastruktur, logistika və emal müəssisələri yaradılmışdır. Həmin proqramlar sayəsində regionlarda yeni iş yerləri yaradılmış, sahibkarlıq fəallığı artmış, ölkənin daxili ərzaq bazarı möhkəmlənmişdir.

Müşavirədə prezident torpaq və su ehtiyatlarından səmərəli istifadənin, həmçinin region ətrafında dəyişən şərait fonunda məhsuldarlığın artırılmasının vacibliyini vurğuladı. Bu yanaşma qlobal tendensiyalarla tam uzlaşır. Məlumdur ki, dayanıqlı daxili ərzaq istehsalına malik dövlətlər əlavə strateji müstəqillik elementi əldə edirlər. Xüsusi qeyd edilməli bir vacib məqam da ondan ibarətdir ki, Azərbaycanda aqrar mövzu artıq çoxdan regionların sosial dəstəyi çərçivəsindən çıxıb. Bu sahə artıq makroiqtisadi və geosiyasi strategiyanın mühüm tərkib hissəsinə çevrilir.

Müşavirə həm də göstərdi ki, mərkəzi hakimiyyət aqrar siyasətin yerlərdə icrasına daha ciddi nəzarət mərhələsinə keçir. Faktiki olaraq söhbət "dəstək" modelindən "səmərəlik" modelinə keçiddən gedir. Bu isə Kənd Təsərrüfatı Nazirliyi və onun yerli icra strukturları üçün məsuliyyətin daha da artması deməkdir.

Bu gün dünyada getdikcə daha çox dövlət qeyd etdiyimiz çağırışlar fonunda kənd təsərrüfatının əhəmiyyətini dərk edir. Müasir dünya kənd təsərrüfatı son onilliklərin həm ən mürəkkəb, həm də ən texnoloji dövrlərindən birini yaşayır. İqlim dəyişiklikləri, geosiyasi proseslər, demoqrafik artım, su qıtlığı və qiymətlərin yüksəlməsi sektora ciddi təzyiq göstərsə də, məhz bu çağırışlar innovasiyaları sürətləndirir və yeni imkanlar yaradır.

Bundan əlavə, son illər aydın şəkildə görünür ki, ərzaq təhlükəsizliyi dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə və milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib. Pandemiya, müharibələr, qlobal inflyasiya, iqlim dəyişiklikləri və logistika zəncirlərində yaranan problemlər göstərdi ki, özünü əsas ərzaq məhsulları ilə təmin edə bilməyən ölkələr xarici böhranlara daha həssas olurlar.

Ümumilikdə, dünya kənd təsərrüfatı elə bir dövrə daxil olur ki, burada əsas resurslar artıq yalnız torpaq və su deyil, həm də idarəetmənin səmərəliyi, texnologiyalar və regional siyasətdir. Məhz buna görə də Prezident İlham Əliyevin kənd təsərrüfatının, regionların və infrastrukturun inkişafına yönəlmiş siyasəti bu gün daha strateji məna kəsb edir. Son 20 ildə Azərbaycanda qəbul edilmiş bir çox qərarlar faktiki olaraq müasir qlobal tendensiyaları qabaqlayıb. Bu baxımdan su təchizatı sistemlərinin, meliorasiya tədbirlərinin, enerji infrastrukturunun, qazlaşdırmanın yenidən qurulması, kənd yollarının abadlaşdırılması, fermerlərə və aqrar istehsala verilən dəstək ölkənin daxili ərzaq potensialının gücləndirilməsi üçün möhkəm zəmin yaradıb.

 Bu gün bir çox dövlətlər ərzaq qıtlığı və idxaldan asılılığın artması riskləri ilə üzləşdiyi halda, Azərbaycan bu çağırışlara daha hazırlıqlı görünür. Beləliklə, əminliklə demək olar ki, Azərbaycanda kənd təsərrüfatı bundan sonra da dövlətin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olacaq.


Zaur MƏMMƏDOV,

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - YENİLƏNİB

14:12
24 İyun

Zəka Mirzəyev: Xidmətlərin keyfiyyəti platformalar üzərindən əldə etdiyimiz məlumatların etibarlılığında özünü göstərir  

13:59
24 İyun

Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

13:48
24 İyun

ADSEA sədri: Qarabağ suvarma kanalı 166 min hektar ərazinin su təminatını yaxşılaşdıracaq

13:46
24 İyun

ADSEA sədri: 2025-ci ildə ölkə üzrə 55 kilometrdən çox kanal beton üzlüyə alınıb

13:41
24 İyun

Qətər Şura Məclisinin sədri Azərbaycana təşəkkür edib

13:41
24 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

13:37
24 İyun

Zaur Mikayılov: Şirvan suvarma kanalı 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə verəcək

13:31
24 İyun

Pakistanın Baş naziri: ABŞ-İran anlaşma memorandumu sülh və sabitliyə xidmət edir  

13:21
24 İyun

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılışı olub 

13:19
24 İyun

Omanın Məşvərət Məclisinin sədri: Dünyada sülhə, qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyac var  

13:18
24 İyun

2030-cu ilədək pambıq sahələrinin 42 min hektarı müasir suvarma ilə təmin olunacaq

13:17
24 İyun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Yəmən parlamentinin sədri: İƏT-in Bakı Sessiyası İslam birliyinə töhfə verəcək

12:59
24 İyun

Şimali Kipr parlamentinin sədri Bakıda keçirilən tədbirdə həmrəyliyə çağırış edib

12:51
24 İyun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

12:49
24 İyun

Numan Kurtulmuş: Çoxmərkəzliliyin hökm sürəcəyi yeni bir dünyaya daxil oluruq

12:38
24 İyun

Niger parlamentinin sədri: İƏT Konfransı əməkdaşlıq üçün mühüm platformadır  

12:33
24 İyun

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır

12:29
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!