Hava və su da daxil olmaqla təbii sərvətlərdən yüz illərdən bəri kortəbii istifadə olunması nəticəsində ətraf mühit korlanmağa doğru dəyişikliyə məruz qalmış, elmi-texniki tərəqqi dövründə isə bu cür dəyişiklik daha da kəskinləşmişdir.
Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyalarn tətbiqi və istehsalının genişlənməsi, landşaftların antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi ekoloji mühitin və ətraf mühitin tarazlığının pozulmasına səbəb olmuşdur.
Ekoloji mühitin pozulması, meşələrin, çəmənlərin, kənd təsərrüfatına yararlı torpaqların azalması, Kür, Araz və digər çayların, Xəzərin, torpağın, havanın çirklənməsi, zooloji və bioloji müxtəlifliyin pozulması və s. məhz iqlim dəyişmələrinin izləridir. İzlər təkcə bunlar deyil ki?! İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Elmi araşdırmalar göstərir ki, kənd təsərrüfatı, su resursları, sahilyanı zonalar, meşə, turizm və səhiyyə sektoru iqlim dəyişikliyinə çox həssasdır. Və bu sadalananlar ekologiya sahəsində beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları bu yöndə keçirilən tədbirlərin ən alisidir. Azərbaycanda da illərdir ətraf mühitin tarazlığını qorumaq istiqamətində analoji tədbirlər keçirilir. Onlardan biri də COP29-un keçirildiyi günlərdə fəaliyyətə başlayan MAMA (Mother Nature) "Ana təbiət" beynəlxalq incəsənət sərgisidir. MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin sədri Leyla Əliyevadır. Layihə debütünü 2024-cü il noyabrın 15-də etmişdi. Ətraf mühitin mühafizəsi mövzusunda Heydər Əliyev Mərkəzində açılan "Öz töhfəni ver!" sərgisi Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunmuşdu.
Bir müddət əvvəl MAMA "Ana təbiət" iqlim dəyişmələri ilə mübarizə üzrə mesajlarını dünyaya vermək üçün "səyahət"ə başlayıb və ilk "dayanacaq" Bəhreyn Krallığı olub. Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin təqdimatı keçirilib. Leyla və Arzu Əliyevaların iştirakı, Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi bu sərginin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasının vacibliyinə bir daha yönəltməkdir.
Leyla Əliyeva tədbirdə planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən danışaraq MAMA "Ana təbiət" incəsənət layihəsi vasitəsilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. Bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı. O, gələcək nəsillər naminə planetimizi qorumaq istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi Bəhreyn İncəsənət Mərkəzində martın 25-dək davam edəcək. Bu müddətdə ziyarətçilər üzləşdiyimiz ətraf mühit problemləri ilə bağlı müxtəlif və vacib hekayələri özündə əks etdirən rəssamlıq, heykəltaraşlıq, instalyasiya və multimedia nümunələri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, Leyla Əliyeva Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə də görüşüb. Görüş zamanı ölkələrimiz və xalqlarımız arasında yüksəksəviyyəli münasibətlərdən danışılıb, ikitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29-a yüksək səviyyədə evsahibliyi etdiyini bildirib, ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq, MAMA "Ana təbiət" sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. IDEA rəhbərinin ətraf mühitin qorunması istiqamətində Azərbaycanda və digər ölkələrdəki təşəbbüslərini yüksək qiymətləndirib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib
Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb
Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib
Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir
Ankarada su anbarlarının səviyyəsi azalır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb
Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb
“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib
Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik
Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar
Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...
Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!