08 Avqust 2024 15:09
66
İDMAN
A- A+

Amerikalı idmançı Paris Olimpiadasında tramplinə çırpılıb


Amerikalı idmançı Elison Gibson Parisdə keçiriləcək Olimpiya Oyunlarında suya tullanma yarışlarında ilk cəhdində uğursuzluğa düçar olub. Qadınlar arasında üç metrlik tullanmanın birinci raundunda salto vəziyyətində tullanışı zamanı onun ayaqları tramplinə çırpılıb.
Tullanış uğursuz hesab edilib və o, 0 xal alıb. Bundan sonra Elison Gibson qalan dörd cəhdindən istifadə etsə də, yekunda mübarizəni yenə də sonuncu yerdə bitirib. 
“Dabanlarımı və ayaqlarımı taxtaya vurdum. Bədənimdə kəsiklər var. Sonra sağ dabanımı ciddi şəkildə əzdim, amma davam etməkdə qərarlı idim. Güclü ağrılarım var idi. Amma demək istəyirəm və ümid edirəm ki, bu döyüşü izləyən hər kəs hər şey istədiyin kimi getməsə belə, ayağa qalxmağın və irəli getməyin necə bir şey olduğunu görə bilər. Əsas olan mübarizədir. Açığı, bu gün istədiyim kimi alınmadı. Amma mən hesab edirəm ki, siz istənilən təcrübədən öyrənib inkişaf edə bilərsiniz və həqiqətən ümid edirəm ki, gələcək idmançılar nəsli başa düşəcəklər ki, hətta ən çətin anlarda belə mübarizəni davam etdirə bilərsiniz, cəsarətlə irəliləyə bilərsiniz”, - deyə Gibson jurnalistlərə bildirib.


“Azərbayçan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video