21 Iyul 2024 13:39
461
Elm və texnika
A- A+

AMEA prezidenti Xocalı şəhərində arxeoloji ekspedisiyanın işi ilə tanış olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun Xocalı şəhərində fəaliyyət göstərən arxeoloji ekspedisiyasının işi ilə tanış olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru dosent Fərhad Quliyev qədim yaşayış məskənində açıq səma altında muzey – Xocalı Arxeoloji Parkının yaradılacağı və “Bakı Abadlıq Xidməti” tərəfindən ictimaiyyətə təqdim ediləcəyi, bunun arxeoturizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Arxeoloji ekspedisiyanın rəhbəri dosent Şamil Nəcəfov Xocalı nekropolunda və buradakı qədim türbənin ətrafında aparılan qazıntılar barədə geniş məlumat verərək tapılmış maddi-tarixi mədəniyyət nümunələrini, ərazinin ilkin mülahizələr üzrə tərtib olunmuş sxemini AMEA prezidentinə təqdim edib.

AMEA prezidenti akademik İsa Həbibbəyli qazıntı işlərinin gedişatını izləyib, elmi-tədqiqat müəssisəsinin rəhbərliyinə və ekspedisiya üzvlərinə müvafiq tövsiyələrini çatdırıb.

Akademiya rəhbəri, həmçinin arxeoloji qazıntı sahəsinə bitişik olan Xocalı türbəsinə baxış keçirib. Ona XIV əsrdə inşa edilmiş Xocalı türbəsinin tarixi barədə ətraflı məlumat verilib.

Akademik İsa Həbibbəyli ekspedisiya aparılan əraziyə arxeoloqlarla yanaşı, tarixçi, antropoloq, etnoqraf, folklorçu və dilçi alimlərin də qısamüddətli səfərlərinin təşkil edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, Xocalı türbəsinin tarixi-memarlıq xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video