Özü də bunu insan haqları adı altında edir
"Hindistana səfəri çərçivəsində Ermənistanın xarici işlər nazirinin Azərbaycanın ünvanına ittihamlar səsləndirməsi, Bakını regionda sülh və sabitlik qarşısında əsas əngəl kimi təqdim etməyə çalışması qəbuledilməzdir və birmənalı şəkildə İrəvanın regionda dayanıqlı sülhün formalaşmasında maraqlı olmadığını göstərir. Xüsusən antiterror tədbirlərindən sonra yaxalanaraq Azərbaycanın ədalət mühakiməsinə təhvil verilən, əməlləri öz etirafları və digər təkzibedilməz çoxsaylı sübutlarla təsdiq edilən separatçıların "liderləri"ni qanunsuz həbsdə saxlanılan etnik ermənilər qismində təqdim etməyə çalışması təsdiqləyir ki, Paşinyan iqtidarı, əslində, mahiyyətcə Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətindən heç nə ilə fərqlənmir və Ermənistanda hakimiyyətin rusiyayönümlü klandan Soros marionetlərinə ötürülməsi bu ölkənin təcavüzkar niyyətdə ehtiva olunan dövlət siyasətində hər hansı köklü dəyişikliyə səbəb olmayıb".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Paşinyanın, Mirzoyanın və parlament sədrinin zaman-zaman verdiyi bəyanatlar göstərir ki, hərbi və siyasi müstəvidə aşkar və ağır məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanla düşməncəsinə mübarizəsini tamamilə başqa müstəviyə daşımaq fikrindədir. Sirr deyil ki, Azərbaycanın Vətən müharibəsində böyük Zəfərinin ardınca cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı və İrəvan arasında sülh prosesinə start verilib, Brüssel, Moskva və Vaşinqton platformaları çərçivəsində Azərbaycan mümkün qədər tez sülhə və dayanıqlı sabitliyə nail olmaq üçün çoxsaylı cəhdlər göstərib. "Lakin bütün platformalar üzrə danışıqlarda Ermənistanın qeyri-praqmatik mövqe nümayiş etdirməsi, ənənəvi "böyük Ermənistan" mifindən əl çəkmək istəməməsi, habelə erməni cəmiyyətində revanşizm niyyətlərinin daha da dərinləşməsi fonunda münasibətlərin normallaşması istiqamətində göstərilən səylər bir qayda olaraq daşa dirənib. Habelə Makron diktaturasının timsalında Fransanın, o cümlədən korrupsiya yuvasına çevrilmiş avrostrukturların aşkar təşviqi Ermənistanı pozuculuq fəaliyyətində daha da ümidləndirib, İrəvan işğal dövrünün status-kvosunu təkrar bərqərar edə biləcəyinə inanmağa başlayıb. Eyni zamanda antiterror tədbirlərinə qədərki dövrdə Qarabağda Ermənistan orudusunun hissələrinin, həmçinin separatçıların qeyri-qanuni birləşmələrinin mövcudluğu, ayrı-ayrı dövlətlərin separatizmə açıq formada dəstəyini göstərməsi Ermənistan üçün əlavə effektiv rıçaq kimi görünürdü və Paşinyan hökuməti əlavə vaxt qazanmaqla həm ölkəsinin güclənməsinə, həm də separatizmin beynəlxalq səviyyədə leqallaşdırılmasına ümid edirdi. Cənab İlham Əliyevin qətiyyətli mövqeyi və müzəffər sərkərdəlik məharəti ilə antiterror tədbirlərində separatizmə son qoyulması Ermənistanı bu rıçaqdan məhrum etməklə bərabər, İrəvanın bölgədə Bakı tərəfindən yaradılmış geosiyasi konfiqurasiya ilə barışması zərurətini bir daha aşkar formada üzə çıxardı. Ermənistan 2023-cü ilin sentyabr ayından sonra fərqinə varmağa başladı ki, Cənubi Qafqazda söz sahibi Azərbaycandır və cənab İlham Əliyevin dediyi kimi, "bu regionun siyasi gündəmini məhz Azərbaycan müəyyən edir". Nəticə etibarilə cənab İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, Azərbaycanın diktəsi, yəni monoloq yolu ilə Ermənistan bəzi iddialarından əl çəkərək sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən sülh prosesi istiqamətində metodologiyanın ümumilikdə müəyyənləşməsi istiqamətində müəyyən qədər irticaçı mövqeyindən geri çəkilməli oldu", - deyə o əlavə edib.
Deputat xatırladıb ki, ötən ilin birinci rübündə Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün imzalanması üçün tarixin heç bir dövründə olmadığı qədər real situasiya formalaşıb. Lakin proseslər bir daha təsdiq etdi ki, Qərb, xüsusən Fransa, Avropa İttifaqının aidiyyəti strukturları, o cümlədən Avropa Parlamenti, Soros imperiyası Cənubi Qafqaz regionunda dünyanın digər coğrafiyalarında olduğu kimi, sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır. Beləliklə, Qərbin davamlı təşviqi ilə Ermənistan yenidən sülh prosesindən kənarlaşmalara start verdi. Vətən müharibəsindən antiterror tədbirlərinə qədərki dövrdə Qarabağın erməni əhalisinin "hüquq"larını daha çox qabardan Qərb təbliğat maşını bu dəfə Azərbaycanın antiterror tədbirlərində ələ keçirdiyi terrorçuların azadlığını qlobal medianın trendinə çevirməyə çalışdı və bu prosesdə Ermənistan, xüsusən bu ölkənin diplomatik xidməti fəallıq göstərməyə və Azərbaycan əleyhinə iki ölkə arasında sülh və mümkün əməkdaşlıq mühitinə əhəmiyyətli zərər vuran fəaliyyətə ortaqlıq etməyə başladı. Özünü beynəlxalq ictimaiyyət adlandıran adıçəkilən dairələr isə bu prosesdə yenidən ənənəvi üsullara - demokratiya və insan haqları amillərinə söykənmək adı ilə 30 ildən artıq bir müddətə əli azərbaycanlıların qanına batmış çoxsaylı cinayətlər, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş separatçı "lider"ləri qəhrəmana çevirərək Azərbaycan əleyhinə guya onların azadlığı naminə növbəti xaç yürüşünü təşkil etməyə cəhd göstərməkdədirlər.
B.Məhərrəmov vurğulayıb ki, baş verənlər istər beynəlxalq münasibətlər, istərsə də beynəlxalq hüququn ümumtanınmış normalarında öz əksini tapan prinsiplər, o cümlədən insan haqlarının müdafiəsində ehtiva olunan ümumbəşəri dəyərlər adına utancverici mənzərə ortaya çıxarır: "Beləliklə, bir daha şahidlik etməkdəyik ki, insan haqlarının beynəlxalq müdafiəsi mexanizmləri faktiki olaraq ikili standartlar üzərində qurulub. Bir daha şahidlik etməkdəyik ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyindən dəm vuranlar konkret əməlinə görə barəsində cinayət təqibi başlanmış ayrı-ayrı şəxslərin ətrafında istintaqı şouya çevirmək cəhdlərindən əl çəkmirlər. Yaxud heç bir dəlil, sübut olmadan terrorçu elan etdiyi şəxsləri və toplumları sərhədlərindən min kilometrlərlə kənarda yerlə yeksan edənlər Azərbaycandan terrorçuların azadlığını tələb edirlər. Xocalı soyqırımına, məruz qaldığımız etnik təmizləməyə, 1 milyondan artıq insanın məhrumiyyətlərinə, təməl haqlardan məhrum olduğu situasiyaya göz yuman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı əməlləri təkzibedilməz sübutlarla təsdiq olunmuş terrorçuların, separatçıların adını qlobal mediaya "qanunsuz saxlanılmış etnik ermənilər" şəklində təqdim edərək cinayətlərə ortaq olur. Azərbaycanda insanların hüquqları barədə "narahatlıq" yaşayan ölkələr yaxşı olar ki, öz gözlərində tiri görsünlər. İnsanların yaşadığı bölgələrdə nüvə sınağı keçirən, dənizaşırı ərazilərdə xalqlara minimum haqlar tanımayan Fransa kimi subyektlər, Avropa İttifaqının korrupsiya yuvası olan təsisatları bizə insan adına, bəşəri dəyər adına nəyisə öyrədə, diktə edə bilməz".
Siyasətçi bildirib ki, insan hüquqlarının təməl prinsiplərindən biri, Konstitusiyada da əksini tapdığı kimi, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir, amma bu gün ölkə daxilində haqdan, hüquqdan danışıb imperializmə kuklalıq edənlər birmənalı şəkildə bu prinsipi inkar edən davranış xətti tutublar. Bu çərçivədə Azərbaycan məhkəmə hakimiyyəti üzərində köklü basqı formalaşdırmaq cəhdləri səngimir, polisdən düşmən obrazı formalaşdırmaq üçün planlı təbliğat qurulur. Təbii ki, Azərbaycan xalqı müdrikdir və bu kimi təxribatçı cəhdləri rədd edir. O cümlədən Azərbaycan dövləti daxili stabilliyi, hüquq məkanını sarsıtmağa, 1990-cı illərin hüquqsuzluq dövrünün bərpa olunmasına imkan verməyəcək qədər qüdrətlidirlər. Görünən odur ki, Qərb imperialist dairələri də bu reallığın fərqindədirlər və insan haqları və demokratiya pərdəsi altında bölgəyə hər hansı müdaxilənin mümkün ola bilməyəcəyini anlayaraq yenidən əsas gücü Ermənistanın revanşist dairələrin təşviqinə yönəldiblər. Ermənistanın silahlandırılması, bu və ya digər formada hərbi-siyasi dəstək verilməsi ilə Ermənistan hakimiyyətinin Azərbaycan əleyhinə bəyanatlarını son vaxtlar intensivləşdirməsi də yalnız bu istiqamətdə şərh oluna bilər. Ermənistan tərəfi də yaxşı anlayır ki, istər Hindistan, istər Fransa, istərsə də əhatə dairəsi daralmaqda olan digər havadarlarının cəhdləri Cənubi Qafqaz coğrafiyasında Azərbaycanın iradəsi qarşısında heç bir təsir gücünə malik deyil və bu mənada təxribatçı nazirin Azərbaycanı ittiham etməsi, o cümlədən Qərb dairələri tərəfindən separatçıların müdafiəsinə hesablanmış tezisləri dilə gətirməkdən başqa çarəsi qalmır. "Təbii ki, bu prosesdə Ermənistanın alət kimi istifadə olunması açıq şəkildə görünməkdədir, lakin hazırkı situasiyada ən çox ifşa olunan və ikili standartları ilə siyasi rüsvayçılığa məruz qalan ayrı-ayrı Qərb ölkələri oldu. Görünən odur ki, Fransa hakimiyyəti, o cümlədən Avropa İttifaqının ayrı-ayrı strukturları açıq şəkildə separatizmi, terroru insan haqları adı altında müdafiə etməkdən çəkinmir və terrorçuların azadlığa çıxmasını "tələb" etməklə öz siyasətlərinin mahiyyətinin terrordan ibarət olduğunu göstərmiş olurlar", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Ermənistan daxilində müşahidə olunan siyasi proseslər birmənalı şəkildə bu ölkənin yeni müharibəyə hazırlaşması barədə ehtimallar irəli sürmək üçün əsas verir. Xüsusən separatçıların məhkəməsi fonunda Qərb imperializminin Azərbaycan əleyhinə yeni kampaniyaya start verməsi, Ermənistanın aidiyyəti strukturlarının, ələlxüsus xarici işlər nazirinin qeyri-adekvat bəyanatları göstərir ki, proses Qərbdən idarə olunan vahid konsepsiya əsasında aparılır. Eyni zamanda Avropa İttifaqının "müşahidə missiyası"nın öz "monitorinq"lərini intensivləşdirməsi, bir neçə gün əvvəl şərti sərhədlərdə yenidən atəş səsi eşidilməsi, o cümlədən Ermənistan tərəfinin təmas boyu istehkamlar formalaşdırması İrəvanın işğal və təcavüzdə ehtiva olunan Vətən müharibəsinə qədərki status-kvonu bərpa etmək arzusunda olduğunu, Qərbin isə bu prosesdə İrəvanı təşviq etdiyini demək üçün əsaslar verir. Təbii ki, bölgədə müharibə başa çatıb, Azərbaycan yeni münaqişənin alovlanmasını arzulamır, Vətən müharibəsindən və antiterror tədbirlərindən qalib tərəf kimi ayrılmasına baxmayaraq, sülh təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir və regionda dayanıqlı sabit əməkdaşlıq mühitinin formalaşmasını istəyir. Lakin dövlət başçısının da ifadə etdiyi kimi, "əgər ölkəmizə münasibətdə hər hansı formada təhdid yaranarsa, bu təhdidin harda yerləşməsindən asılı olmayaraq, Azərbaycan istənilən yolla öz təhlükəsizliyini təmin edəcək və bu təhdidləri aradan qaldıracaq". Ermənistan isə anlamalıdır ki, Azərbaycan əleyhinə istənilən hərbi gediş bu ölkənin dövlətçiliyinin sonu ola bilər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ
ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib
Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB
Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq
İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!