29 Mart 2025 12:37
393
SİYASƏT
A- A+
Ağdam regionun ən müasir şəhərlərindən birinə çevrilməkdədir

Ağdam regionun ən müasir şəhərlərindən birinə çevrilməkdədir


İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi Ağdamın da siması dəyişir. Ağdamın inkişafı ilə bağlı qısa müddətdə çox önəmli addımlar atılıb. Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. 

Prezident İlham Əliyevin Sarıcalı kəndinə səfəri zamanı biz növbəti inkişafın şahidi olduq. 2022-ci ildə təməli qoyulan Sarıcalı kəndi artıq doğma sakinlərini qarşılayıb. Kənd ümumilikdə 425 ailə üçün planlaşdırılıb. Dövlət başçımız ilkin mərhələdə öz doğma yurduna qayıdan sakinlərə mənzillərin açarlarını təqdim etdi. Keçmiş məcburi köçkünlər bu günü səbrsizliklə gözləyirdi.

2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər nəticəsində Kəlbəcər və Laçın kimi Ağdam da 1 güllə atmadan düşmən tapdağından azad olundu. Müharibədən sonra Ağdamın mənzərəsi dəhşətli idi. Burada daş daş üstə qalmamışdı. Ağdam şəhəri faktiki yox idi. Yalnız Cümə məscidinin qalıqları qalmışdı, düşmən onu hərbi məqsədlər üçün, artilleriya atəşinin tənzimlənməsi niyyəti ilə saxlamışdı. Düşmənin bu davranışın bir neçə səbəbi var idi. Prezident İlham Əliyev Ağdama səfər zamanı  bildirmişdi ki, bunun ilk səbəbi bizə olan nifrət idi. “İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin”.

Ağdam həmçinin ən çox mina ilə çirkləndirilmiş bölgədir. Bununla belə, son 5 ildə Ağdamda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. 

2021-ci ildə Müstəqillik Günündə - mayın 28-də Ağdam şəhərinin bərpasına başlandı. Bu tarix də təsadüfən seçilməmişdi. Beləlklə, azad edilmiş torpaqlarda birinci Baş Plan Ağdamda təsdiqləndi. Əsas plan 33 kəndin ətrafında quruldu. Kəngərli, Baş Qərvənd, Sarıcalı kimi onlarla kəndin təməli qoyuldu.

Bu gün Ağdamda irimiqyaslı sənaye parkları inşa edilib, tarixi-mədəni abidələr bərpa edilməkdədir. Vaxtilə ərazisi 700-800 hektar olan Ağdam şəhəri indi iki dəfə böyüdülüb. Dövlət başçımızının da söylədiyi kimi, biz Ağdamın timsalında elə bir şəhər qurmuşuq ki, bütün dünya üçün örnəkdir. Ağdam  regionun ən müasir şəhərlərindən birinə çevrilməkdədir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən  

21:25
01 Aprel

Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

21:24
01 Aprel

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:22
01 Aprel

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

21:22
01 Aprel

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

21:21
01 Aprel

Rusiyanın “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti German Qrefdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik

21:20
01 Aprel

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

21:19
01 Aprel

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

21:19
01 Aprel

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik  

21:17
01 Aprel

Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə

21:03
01 Aprel

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım

20:58
01 Aprel

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub

20:49
01 Aprel

Ceyhun Bayramov İran Prezidentinin müşaviri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

20:41
01 Aprel

Ötən il Türk dövlətlərinin ÜDM-i 5,2 faiz artıb

20:39
01 Aprel

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraadan

20:31
01 Aprel

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafiki optimallaşdırılıb

20:29
01 Aprel

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

20:21
01 Aprel

Kirayə mexanizmi çərçivəsində Bakıda daha 213 təmirli mənzil satmaq öhdəliyi ilə təqdim edilir

20:12
01 Aprel

Gənclər və İdman Nazirliyində Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ilə görüş keçirilib

20:05
01 Aprel

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən

20:01
01 Aprel

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:51
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!