20 İyun 2025 13:44
1357
Təhsil
A- A+
ADA Universitetində Məzun günü keçirilib 

ADA Universitetində Məzun günü keçirilib 

ADA Universitetinin Məzun günü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu il ADA-dan 800-ə yaxın tələbə bakalavr və magistr proqramlarını bitirərək məzun olub. Təntənəli mərasimə valideynlər, professor-müəllim heyəti, dövlət və özəl qurumlarının nümayəndələri qatılıb və məzunların sevincini bölüşüblər.

Tədbir ADA-nın beynəlmiləl ruhunu əks etdirən bayraq keçidi ilə başlayıb – əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxıblar. Ardınca Dövlət Himni səsləndirilib.

Tələbələr Aylin İsmayılova və Rəvan Həsən tədbirə aparıcılıq ediblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında tələbələrin əldə etdiyi nailiyyətlərdən danışaraq bu il ilk məzunları olan maliyyə, riyaziyyat, rəqəmsal media və kommunikasiya, qlobal menecment və siyasət və Azərbaycan dilində tədris olunan dövlət idarəetməsi ixtisaslarını xüsusi qeyd edib. Prorektor ADA Universitetində bu tədris ilində ilk dəfə doktorantura pilləsinə tələbə qəbulunun elan olunduğunu bildirib.

Tədbirin xüsusi qonağı qismində ədliyyə naziri Fərid Əhmədov çıxış edərək məzunlara uğurlar arzulayıb. Onların cəmiyyətimizə töhfə verəcəklərinə əminliyini vurğulayaraq, bu yolda onlara dəstək verənləri unutmamağı məsləhət görüb. Nazir, həmçinin universitetdə məzunların biliklərlə yanaşı, qazandıqları dəyərlərin önəmindən bəhs edib.

Ardınca, yüksək akademik nailiyyətləri ilə fərqlənən iki məzun tələbə heyəti adından çıxış edib. Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr məzunu Aylan Məmmədli və elektroenergetika mühəndisliyi ixtisası üzrə magistr məzunu Ayşət Seyidova öz çıxışlarında ADA-da keçirdikləri yaddaqalan anları bölüşüblər.

Sonda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək, ADA Universitetinin əsas missiyasını bir daha xatırladıb. O, milli dəyərlərinə sadiq, eyni zamanda, dünyaya açıq vətəndaşlar yetişdirməyin vacibliyini vurğulayıb. Məzunlara ünvanladığı səmimi tövsiyəsində isə onları ADA-dan kənarda da “ADA-lı” olaraq qalmağa, bu kimliyi layiqincə daşımağa, burada öyrəndiklərini daim vətənimizə xidmət üçün istifadə etməyə çağırıb.

Rektor, eyni zamanda, universitetin gələcək planları barədə danışıb. O bildirib ki, qarşıdakı illərdə ADA daha da genişlənəcək, tələbələr üçün yeni ixtisaslar açılacaq və müasir tədris binaları istifadəyə veriləcək. Çıxışının sonunda isə o, İtaliya-Azərbaycan Universitetinin ilk magistr məzunlarını xüsusi olaraq qeyd edib.

Ümumilikdə 2024–2025-ci tədris ili üzrə ADA Universitetindən 509 bakalavr və 275 magistr olmaqla, 784 tələbə məzun olub. Bakalavriat və magistratura səviyyələrində 23 ixtisasdan məzun olan tələbələrin 732-si yerli, 52-si isə əcnəbidir. Əcnəbi məzunlar ABŞ, Gürcüstan, Efiopiya, Esvatini, İran, Konqo, Livan, Latviya, Meksika, Mərkəzi Afrika Respublikası, Mozambik, Nigeriya, Özbəkistan, Qana, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Slovakiya, Sudan, Tacikistan, Ukrayna, Yəmən, Zambiya, Zimbabve kimi ölkələri təmsil edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!