20 Dekabr 2025 01:42
1449
Sərəncamlar
A- A+
Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!