08 Oktyabr 2025 08:20
667
SİYASƏT
A- A+
5 il öncə Azərbaycanın strateji obyektləri də erməni terrorçularının hədəfində idi 

5 il öncə Azərbaycanın strateji obyektləri də erməni terrorçularının hədəfində idi 


Düşmən hətta işıq mənbəyimiz Mingəçevirə raket tuşlamışdı


Artıq bütün dünya bundan da xəbərdardır ki, 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə erməni faşistləri bütün beynəlxalq qayda-qanunları və humanizm prinsiplərini pozaraq, döyüş meydanından kənarda insan tələfatına səbəb olan qanlı cinayətlər törədirdilər. 

Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrində dinc sakinlərə ölümsaçan silahlar yönəldərək, əslində, xalqımıza qarşı növbəti soyqırımı həyata keçirirdilər. Bu azmış kimi, vacib infrastruktur obyektlərini də hədəfə alırdılar.

Bir sözlə, döyüş meydanındakı ardıcıl məğlubiyyətinin qisasını almaq istəyi ilə düşmən öz vəhşi əməllərindən əl çəkmir, odla oynayırdı. Erməni faşistləri atdıqları raketlərdən birini döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşən Xızı rayonuna tuşlamışdılar. Müəyyənləşdirilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilmiş və şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı. Qeyd edək ki, buradan cəmi 250 metr aralıda Bakı-Novorossiysk neft kəməri keçir.

Erməni vandalları dərk etmirdilər ki, neft və qaz kəmərlərinə atəş açmaqla təkcə Azərbaycana deyil, eyni zamanda həmin layihələrdəki xarici tərəfdaşların hamısına zərbə endirməyə cəhd göstərirdilər. Ermənilər bu və digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı və tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar əməllərinə görə cavabdehlik daşıyırdılar. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevə xarici jurnalistlərin verdiyi suallardan biri bu hərəkətin Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı idi. Dövlətimizin başçısı cavabında demişdir: "Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz, əsasən, avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq".

Yevlax rayonunun Aran qəsəbəsində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin ikinci nasos stansiyasına raket tuşlayan düşmən Azərbaycanı, həmçinin Səngəçal terminalına hücum edəcəyi ilə hədələyirdi.

Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməzdi. Bunun bir səbəbi də odur ki, vaxtilə bu qlobal layihələr həyata keçirilərkən Ermənistan öz işğalçılıq əməllərinə görə onlardan kənarda, dalanda qalmışdı. 

Müsahibələrinin birində Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdur: "Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıblar. Ona görə də Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".

Mingəçeviri, buradakı böyük elektrik stansiyasını bombalamaqda isə məqsəd Azərbaycanın enerji sistemini dağıtmaq idi. Əlbəttə, vandallar bu mənfur niyyətlərinə də çatmadılar. Həm də onlar unudurdular ki, bizim artıq şaxələnmiş enerji təchizatı şəbəkəmiz, çoxsaylı yeni elektrik stansiyalarımız var. 

Məlum olduğu kimi, bu ilin iyun ayında Mingəçevirdə, "Azərbaycan" İstilik-Elektrik Stansiyasının ərazisində daha nəhəng bir enerji obyekti istifadəyə verildi. Şanlı Qələbəmiz şərəfinə "8 Noyabr" adlandırılan həmin elektrik stansiyasının açılışında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı düşmənin bu əraziyə raket tuşladığını da xatırladı və həmin yeri qonaqlara da göstərdi: "Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir". 

Mənfur erməni vandalları işığımızı söndürə bilmədilər. Üstəlik, indi işıqlarımız daha gur yanır. Müstəqil, suveren Azərbaycanımızın hər kəndində və hər şəhərində!


Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir  

16:01
21 İyul

RF Dövlət Duması əcnəbilərin Rusiyadan deportasiyası qaydalarının siyahısını genişləndirib  

15:51
21 İyul

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

15:47
21 İyul

Trans-Xəzər Parom Sistemi Kurık və Bakı limanlarını birləşdirəcək

15:47
21 İyul

Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:27
21 İyul

Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir  

15:23
21 İyul

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb  

14:51
21 İyul

Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib  

14:23
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB  

14:12
21 İyul

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!