10 Aprel 2026 09:00
147
CƏMİYYƏT
A- A+
31 illik həsrətin təskinliyi

31 illik həsrətin təskinliyi


Neftçalanın Aşağı Qaramanlı kəndindəki küçələrdən biri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Yaşar Kərimovun adını daşıyır. Küçənin başlanğıcında kiçik məlumat lövhəsi də qoyulub. Lövhədə yazılıb: "Şəhid Yaşar Kərimov küçəsi". 

Şəhərdən fərqli olaraq kənd yerində hamı bir-birini yaxından tanıyır. Ona görə də şəhidin evini tapmaqda elə bir çətinlik çəkmədik. Həyət qapısından addımımızı içəri qoyan kimi şəhidin qardaşı Namiq və anası Şəfiqə xanım ilə qarşılaşdıq. Qısa tanışlıqdan sonra çöldə qoyulmuş masa arxasında oturduq. Şəhid Yaşar Kərimov illər əvvəl bu həyətdə böyümüş, ömür yolu buradan başlamışdı. Elə cəbhəyə də könüllü bu ocaqdan yollanmışdı. 

Həmin günlərdən söz açan şəhid anası Şəfiqə Kərimova dedi ki, Birinci Qarabağ müharibəsi başlayanda oğlum könüllü cəbhəyə yollandı: "Bir  müddətdən sonra Yaşarın Ağdam istiqamətində vuruşduğunu öyrəndik. Günlər ötüb keçdikcə narahatlığımız artırdı. Vəziyyət gərgin olduğuna görə oğlumdan heç bir xəbər öyrənə bilmirdik. Nigaranlığımıza son qoymaq üçün atası günlərin birində cəbhə bölgəsinə - Ağdama getdi. Həmin gündən gözümüz yollarda, qulağımız səsdə qaldı. Xoş xəbər gözləyirdik. İki gündən sonra cəbhə bölgəsindən qayıdan Yaşarın atası çox kədərli idi. Dediklərindən məlum oldu ki, nə qədər axtarıb soraqlaşsa da, uşağın nə ölüsündən, nə dirisindən bir xəbər öyrənə bilib. Bu kədərli xəbərdən çox sarsıldıq. O gündən gözümüz yollara dikili qaldı.

Gözlərinin yaşını silən Şəfiqə xanım dərindən ah çəkəndən sonra sözünə davam etdi: "Hər gün çıxıb həyət qapısının ağzında oturub oğlumun yolunu gözləyirdim. Bundan başqa əlimdən heç nə gəlmirdi. Hər avtobus, hər maşın dayananda elə zənn edirdim ki, Yaşar gəlir. Amma oğlumdan bir xəbər çıxmırdı. Balamı gözləməkdən gözümün kökü saralmışdı. 1994-cü ildə Qarabağ müharibəsi dayanandan sonra ümid etdik ki, daha müharibə qurtardı, yəqin Yaşar sağ-salamat qayıdar. Amma oğlumdan xəbər çıxmırdı. Bir çox əlaqədar təşkilatlara, rəsmi dövlət orqanlarına müraciət etsək də, balamın taleyindən heç nə öyrənə bilmədik. Amma ümidimizi də üzmürdük. 

Ananın gözləri yaşarır, danışa bilmir. Səsindən, baxışlarından kədər süzülürdü. Bir az keçmiş özünə gəlib sözünə davam etdi: "Günlərin birində oğul həsrətinə dözə bilməyən həyat yoldaşım dünyasını dəyişdi. Yazıq kişi Yaşardan nigaran getdi. İkinci Qarabağ müharibəsi başlayanda inanırdıq ki, tezliklə ordumuz torpaqlarımızı işğaldan azad edəcək, itkin düşmüş övladımızdan xəbər çıxacaq. Oğlum sağ-salamat qayıdacaq, gözlərimiz yollardan çəkiləcək. Ümidlərimiz doğruldu. Azərbaycan Ordusu erməni işğalçılarını diz çökdürdü, Qarabağ işğaldan azad olundu. Amma təəssüf ki, oğlumdan yenə bir xəbər çıxmadı. Buna baxmayaraq, həyət qapısının ağzından çəkilmədim. 31 il idi ki, gözlərim oğul həsrətilə yollara dikili qalmışdı. Axır ki, uzun illərdən sonra - 2024-cü il iyul ayının 18-də Yaşarın nəşinin tapıldığı barədə xəbər eşitdik. Bütün kənd camaatının iştirakı ilə oğlumu torpağa tapşırdıq. Artıq gözüm yollardan yığılıb. İndi daha əvvəlki kimi həyat qapısının ağzında oturub yollara baxmıram. Tez-tez gedib balamın məzarını ziyarət edirəm". 

Şəhid anasının kədərli söhbətini sonadək dinlədik, ağrı-acısına şərik olduq, dərdini ovutmağa çalışdıq. Həm də şəhid Yaşar Ələkbər oğlu Kərimovun ömür və döyüş yolunu vərəqlədik. Öyrəndik ki, Yaşar  Kərimov 1967-ci ildə dünyaya göz açıb. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb. On səkkiz yaşına çatanda keçmiş ittifaq ordusunda xidmətə çağırılıb. Əsgəri borcunu yerinə yetirdikdən sonra doğmalarının yanına qayıdıb. Bir müddət Neftçala Yod-Brom Zavodunda işləyib. Çox keçməyib sevib-seçdiyi qızla ailə həyatı qurub. Bir oğul ovladı dünyaya  gəlib, adını el-obaya yaraşdıraraq Elmir qoyub. Onun belə sevinc dolu günləri Qarabağ müharibəsinin gərgin çağlarına təsadüf edib. Azərbaycanın əbədi-əzəli torpaqlarını ələ keçirməyə çalışan erməni işğalçıları dinc insanları öldürür, evləri odlara qalayırdılar. Gündən-günə vəziyyət  gərginləşir, ara qarışırdı. Bütün bu ağrı-acılara dözə bilməyən, ürəyi Vətən eşqi ilə döyünən Yaşar 1993-cü ilin iyul ayında könüllü olaraq döyüşlərə yollanır. Onların bölüklərini gərgin döyüşlər gedən Ağdam istiqamətinə aparırlar. Yaşar Kərimov 1993-cü il iyulun 23-də Şelli kəndi uğrunda gedən döyüşlərdə itkin düşür. 

Qardaşı Namiq Kərimov dedi ki, qardaşı çox vətənpərvər idi: "Azyaşlı övladını, ailəsini qoyaraq Vətən torpaqlarının müdafiəsinə yollandı. Təəssüflər olsun ki, onun döyüş yolu qısa oldu. Onu tanıyanların dediklərinə görə, Yaşar Ağdamın Şelli kəndini işğal etməyə cəhd göstərən ermənilərə qarşı sonacan cəsarətlə vuruşan əsgərlərin sırasında olub. Uzun illər Yaşarın yolunu gözlədik. Qardaşımın nəşinin tapılması üçün bizdən də, oğlundan da DNT analizləri götümüşdülər. Dövlət strukturları tərəfindən davamlı araşdırmalar aparılırdı. Aparılan araşdırmalar nəticəsində axır ki, Yaşarın nəşi tapıldı. Məlum oldu ki, qardaşım 23 iyul 1993-cü ildə Şelli uğrunda gedən döyüşlərdə şəhid olub. Üstündə sənədləri olmadığına görə onu Bərdə rayonunda naməlum döyüşçü kimi dəfn ediblər.  Nəhayət, 2024-cü ilin iyul ayında də DNT analizləri nəticəsində onun kimliyi və harada dəfn olunduğu müəyyənləşib".

Yaşar Kərimov Aşağı Qaramanlı kənd qəbiristanlığında Müdafiə Nazirliyinin hərbçilərinin yaylım atəşi və Dövlət himninin sədaları altında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş üçrəngli bayraq şəhidin oğlu Elmir  Kərimova təqdim olunub. Şəfiqə xanımın isə gözləri yollardan yığılsa da, oğlunun məzarında qalıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb

09:45
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

Kuba Prezidenti: ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır

09:38
10 Aprel

Zelenski: Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik

09:37
10 Aprel

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

09:36
10 Aprel

Yaşıllıq sağlamlıqdır

09:35
10 Aprel

Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

09:33
10 Aprel

"Vətəndaşlar növbəlilik əsasında su ilə təmin olunurlar"

09:33
10 Aprel

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb  

09:32
10 Aprel

Xamenei: Tehran “Müqavimət oxu”nun hissələrini vahid bir qurum kimi görür  

09:30
10 Aprel

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

09:30
10 Aprel

Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib

09:27
10 Aprel

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

09:26
10 Aprel

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix 

09:25
10 Aprel

Ağsaqqallıq təkcə yaşla ölçülmür

09:20
10 Aprel

Müraciətlərimizə diqqətlə yanaşılır

09:17
10 Aprel

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

09:15
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!