04 Avqust 2024 02:12
610
MSK
A- A+
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 09 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 09 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

QƏRAR № 26/120

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə

25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun adından 2 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edilərək, namizəd kimi qeydə alınmadan imtinaya dair dairə seçki komissiyasının 29 iyul 2024-cü il tarixli 18/59 saylı qərarı mübahisələndirilmiş, həmin qərarın ləğv olunması və namizədliyin qeydə alınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərkən müraciətin imzalanmadığı müəyyən edilərək, onun üzərində qeyd olunmuş ünvana geri göndərilməsi barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Belə ki, Seçki Məcəlləsinin 112.5.11-ci maddəsinə görə, şikayət şikayətçi tərəfindən imzalanmalıdır.

Seçki Məcəlləsinin 112-1.5.3-cü maddəsinə əsasən, şikayət həmin Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayət onu təqdim edən şəxsə geri göndərilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112.5.11-ci, 112-1.5.3-cü maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın  2-ci  hissəsinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun adından Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 avqust 2024-cü il tarixli 09 saylı müraciət imzalanmadığından geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

03.08.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Ukrayna üçün “Starlink”ə alternativ peyk şəbəkəsi axtarır

15:39
14 Mart

Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır

15:37
14 Mart

XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası  

15:26
14 Mart

Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir

15:22
14 Mart

Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

15:17
14 Mart

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

15:09
14 Mart

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

15:01
14 Mart

Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər  

14:49
14 Mart

Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir

14:41
14 Mart

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14:37
14 Mart

Baş Prokurorluqda aktual hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib  

14:23
14 Mart

Ötən ay məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 11,1 faiz artım qeydə alınıb  

14:15
14 Mart

Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ

14:05
14 Mart

Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır

13:59
14 Mart

Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”

13:36
14 Mart

Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb  

13:33
14 Mart

Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir  

13:32
14 Mart

Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik

13:27
14 Mart

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

13:19
14 Mart

Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb

13:18
14 Mart

Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır

12:56
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!