10 Sentyabr 2024 00:20
238
MSK
A- A+
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 62 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 62 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 38/191

 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul - Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Qocayev Vahid Qulaməli oğlu 2024-cü il sentyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112.1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü 28.2-ci, 112-ci, 112.1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul - Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd Qocayev Vahid Qulaməli oğlunun 7 sentyabr 2024-cü il tarixli 62 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

    
Sədr    Məzahir Pənahov
Katib     Arifə Muxtarova
Katib     Mikayıl Rəhimov

09.09.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maykl Jordanın əşyaları hərraca çıxarılır  

13:11
12 Oktyabr

Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir  

13:03
12 Oktyabr

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

12:44
12 Oktyabr

Şimali Koreyadan Rusiyaya əsgər göndərilir

12:25
12 Oktyabr

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

12:22
12 Oktyabr

Tramp o şəxslərə ölüm cəzası istədi

12:13
12 Oktyabr

Süni zəka modelləri Yerə ciddi zərər vura bilər

11:40
12 Oktyabr

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

11:38
12 Oktyabr

ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun

11:24
12 Oktyabr

“Whatsapp”ın yeni funksiyası

11:11
12 Oktyabr

Azərbaycan neftinin bahalaşması davam edir

11:09
12 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

11:06
12 Oktyabr

“Boeing” işçilərini ixtisar edir

11:01
12 Oktyabr

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

10:57
12 Oktyabr

Ötən gün 48 cinayətin üstü açılıb

10:39
12 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:34
12 Oktyabr

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

09:47
12 Oktyabr

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur

09:36
12 Oktyabr

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib

09:34
12 Oktyabr

Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib

09:25
12 Oktyabr

AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

09:23
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!