30 Dekabr 2024 01:12
1168
MSK
A- A+
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 55/279


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 241-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur - Sədərək seçki dairəsi dairə seçki komissiyasının üzvləri Zaman Əyyub oğlu Abbasov və Polad Əhəd oğlu Rzazadənin, 3 saylı Babək - Şahbuz - Kəngərli seçki dairəsi dairə seçki komissiyasının üzvü Nazim Məmməd oğlu Piriyevin, 7 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının üzvü Zaur Xaləddin oğlu Bayramovun, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Hafiz Mürsəl oğlu Eminovun, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvü Sənan Ağa Həsən oğlu Cəfərovun, 47 saylı Sumqayıt - Abşeron - Qaradağ seçki dairəsi dairə seçki komissiyasının üzvü Vüqar Yusif oğlu Salmanovun, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının üzvü Kamalə Cəbrayıl qızı Muradəlizadənin, 72 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının üzvləri Adışirin Barat oğlu Kazımov və Salman Zabitxan oğlu Quliyevin, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının üzvü Davud Əvəz oğlu Zülfüqarovun, 86 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının üzvü İlham Çoban oğlu Qurbanovun, 95 saylı Zərdab - Kürdəmir - Ucar seçki dairəsi dairə seçki komissiyasının üzvü Esmira Müşfiq qızı Səmədovanın, 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının üzvü Samir Ramiq oğlu Əliyevin səlahiyyətlərinə 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. Novruz Qəribağa oğlu Əhmədov  46 saylı Sumqayıt beşinci, Mətanət Əhmədağa qızı Səfərova 51 saylı Şirvan, Samir Əliyar oğlu Ağayev 66 saylı Saatlı, Alim Əlifağa oğlu Hüseynov 68 saylı Sabirabad - Şirvan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

3. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yekunları elan olunanadək Səxavət Ağazər oğlu Ataşov 8 saylı Binəqədi birinci, Xəzər Əlövsət oğlu Qəzənfərli 20 saylı Nərimanov ikinci, Samir Sabir oğlu Quliyev 72 saylı Cəlilabad kənd  seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

4. Tural Taleh oğlu Abdullayev 51 saylı Şirvan, Pəhlivan Xəlilağa oğlu Xəlilov 66 saylı Saatlı, Rizvan Oruc oğlu Mikayılov 112 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


29.12.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!