19 Yanvar 2026 10:47
189
SİYASƏT
A- A+
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərdi  

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərdi  


“20 Yanvar Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Bu, həm də xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı qəhrəmanlıq səhifəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Və SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu.

36 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bütün bu hadisələr fonunda Azərbaycanın  müstəqilliyi ideyası ümummilli amala çevrildi. Bu amal uğrunda xalqımızın müstəqillik uğrunda mübarizəsi daha geniş vüsət alaraq məntiqi sonluğuna çatdı.

 Millət vəkilinin sözlərinə görə, bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Belə ki, dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu təşkilatlanma prosesi zamanı qanlı yanvarla bağlı həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinə çatdırıldı, həmçinin soydaşlarımızın müstəqillik ideyaları ətrafında daha sıx birləşməsini şərtləndirdi. Belə ki, çox keçmədən xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşməsi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.

Xüsusi vurğulanmalıdır ki, 20 Yanvar qətliamının törədilməsindən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu cinayətə qarşı etiraz səsini ucaltdı, bəyanatla çıxış edərək baş verən hadisəni hüquqazidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan əməl kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Ulu Öndər Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisələrin dünyaya çatdırılmasında müstəsna rol oynadı.

Samir Vəliyev qeyd edib ki, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə məhz Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

 Ulu Öndər Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsinin qurbanları da  istisna deyil. Dövlət başçısı tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır.

“Beləliklə, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf yolunda addımlayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir müstəqil Azərbaycan dövləti hazırda dünyanın ən nüfuzlu ölkələri sırasındadır. Hər bir vətəndaş öz güclü dövləti ilə fəxr edir, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu isə şaddır!”,-deyə deputat vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyada qatar qəzasında ölənlərin sayı 39-a çatıb  

12:43
19 Yanvar

Azərbaycan Avropanın enerji bazarına təsir etmək imkanı qazanacaq 

12:42
19 Yanvar

Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsi ilə bağlı dövlət nəzarəti mexanizmi yaradılır 

12:38
19 Yanvar

“Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilir 

12:37
19 Yanvar

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

12:36
19 Yanvar

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO VİDEO 

12:26
19 Yanvar

Xankəndi, Xocalı və Ağdərə ağ örpəyə bürünüb: Kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır 

12:17
19 Yanvar

Akkan Suver: 20 Yanvar bütün bəşəriyyət üçün insanlıq dramıdır  

12:01
19 Yanvar

Ötən il pensiya ödənişlərinə 7 milyard 111 milyon manat vəsait yönəldilib  

11:53
19 Yanvar

Ötən il vəkillərin ümumi sayı artaraq 2836 nəfərə çatıb  

11:48
19 Yanvar

Pakistanda 5,9 bal gücündə zəlzələ olub  

11:39
19 Yanvar

Türk ekspert: "ASAN xidmət” modeli Azərbaycanın xarici siyasətində mühüm yumşaq güc vasitəsidir  

11:34
19 Yanvar

“İlin Alimi-2025” mükafat müsabiqəsinin nəticələri açıqlanıb  

11:28
19 Yanvar

Tramp Tokayevi və Qazaxıstanı Sülh Şurasına dəvət edib  

11:25
19 Yanvar

Dünya bazarında qızıl 80 dollaradək bahalaşıb  

11:24
19 Yanvar

Ötən il ölkədə olan sənaye məhsulu istehsalı açıqlanıb  

11:16
19 Yanvar

Son iki gündə 89 cinayətin açılması təmin edilib  

11:06
19 Yanvar

Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb

11:03
19 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
19 Yanvar

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərdi  

10:47
19 Yanvar

Pakistanda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb

10:33
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!