30 Noyabr 2024 09:00
723
İQTİSADİYYAT
A- A+
171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo


İqtisadi inkişafda istehsal və ixrac əsas rol oynayan amillərdir. Bu iki amildən birində problem yarananda iqtisadi fəallıq aşağı düşür. Koronavirus pandemiyası dövründə bunu gördük. İstehsal və ixracda yaranan çətinliklər ümumilikdə qlobal iqtisadiyyatda tədarük zəncirinin qırılmasına səbəb oldu. 

Hazırda müxtəlif regionlarda gedən müharibələr, qlobal səviyyədə ölkələr arasında baş verən siyasi çəkişmələr beynəlxalq səviyyədə iqtisadiyyata mənfi təsir göstərir. Beynəlxalq maliyyə qurumlarının açıqladığı statistik göstəricilərə görə, dünya üzrə bir çox iqtisadi indekslər, o cümlədən xarici ticarət dövriyyəsi aşağı düşüb. Belə vəziyyətin nə qədər davam edəcəyi isə məlum deyil. Çünki qütbləşən dünyada siyasi proseslər yaxşıya doğru getmir, əksinə, daha da gərginləşir və əhatə dairəsi genişlənir.

Hər bir dövlət yaranmış belə vəziyyətdən çıxış yolları axtarır. Bunun  üçün ənənəvi tərəfdaşlarla əlaqələri genişləndirir və ya yeni tərəfdaşlar tapmağa çalışır. Sözsüz ki, ölkəmizdə də dünyada baş verən proseslər diqqətlə izlənir və lazımi tədbirlər görülür.  Bunun sayəsində Azərbaycanın xarici ticarətdə elə bir ciddi problemi yoxdur. Etibarlı tərəfdaş kimi ticarət əlaqələrimiz olan bütün ölkələrlə idxal-ixracımız davam edir. Bunu açıqlanan statistik rəqəmlərdən də görmək mümkündür. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 118 ölkəyə məhsul ixrac, 161 ölkədən idxal edilmişdir. Bu dövrdə gömrük orqanlarında qeydə alınmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin dəyəri 34 milyard 173,9 milyon, o cümlədən ixracın dəyəri 19 milyard 530,7 milyon, idxalın dəyəri 14 milyard 643,2 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 887,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilir ki, 9 ay ərzində xarici ticarət dövriyyəsinin 88 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Almaniya, ABŞ, Avstraliya, Hindistan, Çexiya, Xorvatiya, Birləşmiş Krallıq, Gürcüstan, Yunanıstan, İran, Bolqarıstan, Portuqaliya, Rumıniya, Ukrayna, Belarus, İsveçrə, Türkmənistan, Koreya və Yaponiya ilə aparılmışdır. 

Hesabat dövründə idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, qiymətli və ya  azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır məhsulların, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri daha çox olmuşdur. Bir çox məhsulun idxalı isə xeyli azalmışdır. Bunun bir səbəbi tələbatın azalması ilə bağlı olsa da, əsas səbəbi həmin məhsulların ölkədə istehsal edilməsidir. Bu isə həm qiymətlərin aşağı düşməsini təmin edir, həm də ölkədən valyuta axınının qarşısını alır. 

İxracın strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsullarından savayı, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı üstünlük təşkil etmişdir. 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektoruna aid məhsullardan meyvə, təzə tərəvəzin, tütünün, bitki yağlarının, meyvə və konservlərin, marqarinin, qida üçün yararlı qarışıqların, pambıq lifi və mineral gübrələrin ixracı xeyli artmışdır. Sözsüz, bu, ölkədə qeyri-neft-qaz, o cümlədən aqrar sektorun inkişafı üçün icra edilən islahatların nəticəsində mümkün olmuşdur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!