01 Dekabr 2024 08:30
1387
İQTİSADİYYAT
A- A+
2003-2023-cü illərdə ölkə üzrə 3,3 milyondan çox iş yeri açılıb

2003-2023-cü illərdə ölkə üzrə 3,3 milyondan çox iş yeri açılıb


Qarabağa və Şərqi Zəngəzura köçən iqtisadi fəal əhalinin 80 faizi işlə təmin edilib


Danılmaz gerçəklikdir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində əhalinin bütün təbəqələrinin sosial rifahının yaxşılaşması durur. Dövlət başçısı da bunu dəfələrlə bəyan etmişdir, həm də təkcə bəyan etməmişdir, konkret tədbirlər görmüşdür. Hər il dövlət büdcəsindən sosial sahələrə daha çox vəsaitin ayrılması bunun sübutudur. Bu baxımdan gələn ilin büdcəsi də istisna olmayacaq.

Aparılan sosial siyasətdə sağlam və əmək  qabiliyyətli  vətəndaşların məşğulluğunun təmin edilməsi həmişə prioritet kimi müəyyən olunur. Bu da təsadüfi deyil. Çünki yeni iş yerlərinin açılması həm əmək qabiliyyətli əhalinin öz sosial problemlərini həll etməsi, həm də ölkənin iqtisadi göstəricilərinin artması deməkdir. 

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 308,1 min nəfər olmuşdur. Onlardan 5 milyon 25,3 min nəfəri məşğul əhalidir. Cari il noyabrın 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı isə 214,7 min nəfər olmuşdur. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,1 manat təşkil etmişdir.

Cari ilin 9 ayında ölkə  üzrə 69,6 min yeni iş yeri açılmışdır. Həmin açılmış iş yerlərinin 11,9 faizi yeni yaradılmış, 87,1 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Hesabat dövründə yeni yaradılmış iş yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Ölkədə sahibkarlığın inkişafı həm də sosial problemlərin həllinə yol açır. Bunu nəzərə alaraq, əhalinin məşğulluğunu təmin etmək üçün dövlət-özəl sektor iş birliyi proqramı icra olunur. İndiyədək həmin dövlət proqramının icrası sayəsində çox sayda insan öz məşğulluğunu təmin edə bilmişdir.

Azərbaycan hökuməti əhalinin məşğulluğunun təmin edilməsini və işsizliyin azaldılmasını özünün əsas prioritetlərindən biri kimi görür. Məsələn, 2005-ci ildə 2006-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyası, sonrakı dövrdə strategiyanın reallaşdırılması üçün 2 dövlət proqramı (2007-2010-cu illər və 2011-2015-ci illər üzrə) təsdiq edilmişdir.  Daha sonra 2019-2030-cu illər üçün yeni Məşğulluq Strategiyası, bu sənədin həyata keçirilməsi üçün 2020-2025-ci illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir.

Dövlət Statistika Komitəsinin 2003-cü ildən başlayaraq açıqladığı hesabatlar göstərir ki, 20 il ərzində ölkədə 3,34 milyonadək yeni iş yeri açılmışdır. DSK-nın məlumatına görə, 2003-cü ilin sonunda ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 3,97 milyon nəfər olmuşdur. Bu o deməkdir ki, son 20 ildə ölkədə 2003-cü ildəki iş yerlərinin sayının 83 faizi qədər yeni iş yeri yaradılmışdır. 

2003-2023-cü illərdə ölkədə yeni yaradılan 3 milyon 336,6 min iş yerinin 1 milyon  40,9 mini, yaxud 31,2 faizi hüquqi şəxslər tərəfindən, 1 milyon 551,4 mini (46,5 faizi) fərdi sahibkarlıq subyektlərində, qalan 744,3 mini (22,3 faizi) isə beynəlxalq və yerli layihələr, abadlaşdırma işləri, mövsümi və digər müvəqqəti işlər ilə bağlı yaradılmışdır.

Ölkədə yeni iş yerlərinin illər üzrə dinamikasını izləyəndə aydın olur ki, 2009-2011-ci illər istisna olmaqla, hər il ölkədə 100 mindən çox yeni iş yeri yaradılmışdır. 2010-2014-cü illəri əhatə edən dövrdə ölkədə hər il yeni yaradılan iş yerlərinin sayı 100 min ətrafında olduğu halda, 2016-2020-ci illəri əhatə edən dövrdə bu say hətta 200 mini keçərək 300 minə yaxınlaşmışdır.

DSK-nın məlumatlarına görə, Azərbaycanda işçi qüvvəsinin sayı 2003-cü ilin sonundan 4 milyon 373,5 min nəfərdən 2023-cü ilin sonuna 5 milyon 249,7 min nəfərə yüksəlmişdir. O cümlədən iqtisadiyyatın bütün sahələrində məşğul əhalinin sayı 990,7 min nəfər (3 milyon 972,6 mindən 4 milyon 963,3 minə), iqtisadiyyatın bütün sahələrində muzdla işləyənlərin sayı isə 515,2 min nəfər (uyğun olaraq 1 milyon 226,6 mindən 1 milyon 741,8 minə) artmışdır. Həmin dövrdə işsizlərin sayı isə 400,9 mindən 286,4 minə düşmüş, yəni 113,5 min nəfər azalmışdır. 

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış iqtisadi fəal şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilmişdir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirmişdir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində tədbirlər görülür.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!