02 Dekabr 2024 14:36
575
İQTİSADİYYAT
A- A+
Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb  

Liderlər Sammitində COP29-un informasiya təhlükəsizliyindən danışılıb  

İsveçrənin Sürix şəhərində Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib. Tədbir çərçivəsində İspaniya Milli Kibertəhlükəsizlik İnstitutu (INCIBE) və İsveçrə Kibertəhlükəsizlik İnstitutunun birgə səyi nəticəsində dünyanın kibertəhlükəsizlik liderlərini ilk dəfə bir araya gətirən Şərq-Qərb Alyansı Qlobal Kibertəhlükəsizlik Sammiti təşkil olunub.

AZƏRTAC Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, tədbirdə “Kibertəhlükəsizlik Sahəsində Dövlət-Özəl Tərəfdaşlığının Gücləndirilməsi” panelində məruzəçi qismində iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov kibertəhlükəsizlik sahəsində dövlət özəl tərəfdaşlığın inkişafının əhəmiyyətindən və bu istiqamətdə ölkəmizin gələcək planlarından danışıb.

Həmçinin məruzəsində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” və digər sahə üzrə qəbul edilən sənədlərdə dövlət-özəl əməkdaşlığına xüsusi yerin verildiyindən bəhs edib. Bununla yanaşı, çıxışında sahə üzrə vergi güzəştlərinə toxunan idarə rəisi, həmçinin ölkəmizdə yüksək səviyyədə keçirilmiş “COP29” tədbirinin informasiya təhlükəsizliyinin təmin olunmasında dövlət-özəl əməkdaşlığının uğurlu təcrübəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq əməkdaşlığı gücləndirmək və qlobal kibertəhlükəsizlik liderləri arasında ideya və strategiyaların mübadiləsini, kibertəhlükəsizliyə qarşı vahid mövqeyin gücləndirilməsini və qlobal kibertəhlükəsizliyin mürəkkəb problemlərinə qarşı əlaqəli yanaşmanı təşviq etmək məqsədilə liderlərarası Şərq-Qərb Alyansı Qlobal Kibertəhlükəsizlik Sammitinin hər il davamlı olaraq keçirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:26
12 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb  

09:27
12 Mart

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!