15 İyun 2025 09:05
1522
SİYASƏT
A- A+
15 İyun Zirvəsi

15 İyun Zirvəsi


Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əzəldən var olan əlaqələri strateji müttəfiqlik pilləsinə yüksəltdi


15 İyun tarixi müstəqil Azərbaycanın yeni erasının başlanğıcı, xalqımızın Qurtuluş Günü kimi ölkəmizin həyatında müstəsna yer tutur. 

Azərbaycanın ən böhranlı - siyasi təlatümlərlə üzləşdiyi, vətəndaş müharibəsinin çəngində çabaladığı, torpaqlarının işğal olunduğu, müstəqilliyini itirmək kimi faciəvi halla qarşılaşdığı, sözün əsl mənasında, ümidsizlik girdabında boğulduğu bir zamanda Ulu Öndər Heydər Əliyev respublikamızın siyasi səhnəsində sanki Günəş kimi doğuldu. Vətənpərvər şəxsiyyət Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtması, sözün əsl mənasında, Azərbaycanın xilası oldu. Buna görədir ki, hər il iyun ayının 15-ni qədirbilən xalqımız özünün qurtuluş bayramı kimi təntənə ilə qeyd edir. 

15 İyunu ölkəmiz üçün əlamətdar edən bir ayrı mühüm məqam isə bu tarixdə Azərbaycan ilə Türkiyə arasında Qarabağ torpağında Şuşa Bəyannaməsinin imzalanması oldu. 15 iyun 2021-ci ildə imzalanan bu Bəyannamə nəticəsində iki qardaş ölkənin əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və bütün türk dünyasının özü üçün zəfər ünvanı hesab etdiyi Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.  

Azərbaycanın qurtuluş günündə, tarixi Qars müqaviləsindən yüz il sonra, Ulu Öndər Heydər Əliyevin təbirincə desək,  "bir millət,  iki dövlət" olan Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan bu Bəyannamə ilə iki qardaş ölkənin əzəldən var olan münasibətləri daha da möhkəmləndi.


Gələcəyə doğru atılan tarixi addım 


Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatla çıxışı zamanı dövlətimizin başçısı vurğuladı ki, Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır:  "Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".

Bu tarixi sənədin vacib əhəmiyyəti Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatında da əksini tapdı: "Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət" təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik...

...Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik". 

Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi dəstəyi bütün dünya gördü. Dostlarımız qürurlandı, düşmənlərimiz Azərbaycanın tək olmadığını bildilər. Döyüş meydanında savaşan Azərbaycanın qardaş Türkiyənin siyasi, mənəvi dəstəyini daim hiss etməsi ona əlavə güc verdi. Müharibənin başladığı ilk anlardan etibarən bəzi siyasi mərkəzlər ölkəmizə təzyiq göstərməyə çalışırdılar, amma Türkiyədən ən yüksək səviyyədə gələn ard-arda açıqlamalar onlara ciddi mesaj oldu və respublikamıza qarşı qərəzli mövqe tutanları yerində otuzdurdu. 

2020-ci il dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə izləməsi də təsadüfi deyildi. Bu, qardaş ölkələrin qürurlarının birgə paylaşmalarının dünyaya nümayişi idi. 

Rəcəb Tayyib Ərdoğanın dəfələrlə işğaldan azad edilən ərazilərimizə səfər etməsinin, bu yerlərdə inşa edilən hər üç hava limanının - Füzuli, Zəngilan və Laçın Beynəlxalq hava limanlarının açılışlarında Prezident İlham Əliyevlə birgə iştirakının da öz xüsusi rəmzi oldu. 


Xoş gündə də, dar gündə də birlikdə 


Hər zaman Türkiyənin yanında olan, onun xoş günlərinə sevinən Azərbaycan da ortaya çıxan istənilən problem zamanı qardaşına dayaq durur. 6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Türkiyənin imdadına yetişən isə ilk ölkənin  Azərbaycan olması da bu baxımdan heç kəsdə təəccüb doğurmadı. Həmin vaxt Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Ümumiyyətlə, həmin çətin günlərdə Azərbaycan xalqı bir ürək olaraq Türkiyə xalqına yardım etmək üçün səfərbər oldu... 

Digər yardımları ilə yanaşı, ölkəmiz Kahramanmaraşda "Azərbaycan məhəlləsi" layihəsini həyata keçirib. "Azərbaycan məhəlləsi"nin tikintisi artıq başa çatıb və yaxın günlərdə açılışının həyata keçirilməsi gözlənilir. "Azərbaycan məhəlləsi"  Kahramanmaraşda 320 hektarlıq ərazidə inşa edilib. Ərazidə 1323 mənzil, 799 qeyri-yaşayış obyekti olmaqla 2122 bina tikilib. Tikililər arasında  məktəb, mədəniyyət mərkəzi, parklar və digər sosial obyektlər də yer alıb.  Bütün bunlar Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə bariz nümunələrdir.


Birgə mübarizə 


Qarabağ Zəfərindən yeddi ay sonra - 15 iyun 2021-ci ildə iki qardaş ölkənin liderləri tərəfindən Qarabağda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. 

Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə mühüm zəmin yaradan bu Bəyannamənin müddəalarında göstərilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də öz əksini tapıb. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Müddəalardan da aydın olduğu kimi, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.


Türk dünyasının həmrəyliyinə mühüm töhfə  


Sənəddə vurğulanır ki, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Bu gün bütün məsələlərdə ortaq mövqedən çıxış edən, qarşılarına çıxan bütün problemlərə qarşı birgə mübarizə aparan bu qüdrətli türk dövlətlərinin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyi ümumilikdə türk dünyasının güclənməsinə mühüm töhfələr verir. 

Ötən müddətdə türk ölkələri arasında əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. 

Bu mənada ötən il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması da türkdilli ölkələrin həmrəyliyinin, qlobal nüfuzunun təzahürü oldu. 

Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, Azərbaycan-Türkiyə birliyi gündən-günə möhkəmlənir. Bu baxımdan 15 iyun 2021-ci ildə iki qardaş ölkənin Şuşa Bəyannaməsini imzalamaları vacib tarixi hadisə kimi salnamələrimizə yazıldı. Ümumilikdə bölgədə sülhü və təhlükəsizliyi təşviq edən bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafına yeni təkan verdi, münasibətlərə yeni nəfəs gətirdi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!