03 Dekabr 2025 08:40
402
İQTİSADİYYAT
A- A+
10 ayda qeyri-neft-qaz məhsulları ixracının dəyəri 2,3 milyard dollara yaxın olub

10 ayda qeyri-neft-qaz məhsulları ixracının dəyəri 2,3 milyard dollara yaxın olub


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın noyabr sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 2,99 milyard, o cümlədən yeyinti məhsulları üzrə 19,8 faiz artaraq 962,1 milyon dollar olub.

Hesabat dövründə həmçinin ixrac olunan şəkər 49,6, meyvə-tərəvəz 30, kimya sənayesi məhsulları 22,8, pambıq iplik 8,8, alüminium və onlardan hazırlanan məmulatlar 3,8 faizə qədər artıb. Cari ilin 10 ayında aqrar məhsullar üzrə ixracın dəyəri 769,7 milyon, aqrar-sənaye məhsulları üzrə 260 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsulları üzrə ixracın dəyəri 19,1 faiz artaraq 1,03 milyard dollar təşkil edib. 

Qeyd edilən dövr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, karbamid üçüncü, oktyabr ayı ərzində isə qızıl birinci, xurma ikinci, meşə fındığı üçüncü olub. 10 ayda qeyri-neft məhsulları əsasən Rusiya Federasiyasına, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, Ukraynaya ixrac edilib. Oktyabr ayında da Rusiya Federasiyası, Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna qeyri-neft məhsullarının ixracında ölkəmizin əsas ticarət partnyorları olaraq qalıb. 

2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Export Stream" MMC, "STP Alüminium" MMC,"TABATERRA"QSC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "HOLCİM" ASC şirkətləri təmsil olunublar. Dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Daha sonra siyahıdakılar "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azər-alüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Socar-Dalğıc" MMC, "İstisu" Mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti şirkətləridir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 41 ölkəyə 14,9 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Cari ilin oktyabr ayında isə "Azərkosmos" dünyanın 35 ölkəsinə 1,7 milyon dollar dəyərində xidmət ixrac etmək imkanı qazanıb. Azərbaycanın peyk telekommunikasiya xidmətlərindən yararlanan ölkələrin ilk beşliyində 3,9 milyon dollarla Birləşmiş Krallıq, 2,9 milyon dollarla Lüksemburq, 904,8 min dollarla İsveç, 696,7 min dollarla Türkiyə, 695,4 min dollarla Nigeriya olub.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!