12 Fevral 2026 22:18
775
CƏMİYYƏT
A- A+
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib  

Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib  


Qahirədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Misir üzrə Məskunlaşma Proqramı (UN-Habitat Egypt), onun Ərəb Dövlətləri üzrə Regional Ofisi (ROAS) və Ümumdünya Şəhərsalma Forumunun (WUF) Katibliyi ilə əməkdaşlıq çərçivəsində növbəti virtual seminar keçirilib. Azərbaycanın da təmsil olunduğu tədbirdə BMT-nin və ərəb regionunun müvafiq təşkilatlarının təmsilçiləri, tədqiqat mərkəzlərinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, seminar “Misir Şəhərsalma Həftəsi: Misirdən Azərbaycana” adlı təşəbbüsün bir hissəsidir. Bu təşəbbüs Qahirənin 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun (WUF12) 12-ci Sessiyasının nəticələrini inkişaf etdirməyi və mayın 17-dən 22-dək Bakıda keçiriləcək WUF13-ə hazırlıqda effektiv və əlaqələndirilmiş regional iştirakı təmin etməyi hədəfləyib.

Seminarda Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rosbax, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, BMT Məskunlaşma Proqramının Ərəb dövlətləri üzrə regional direktoru, xanım Rania Hedaya, BMT Məskunlaşma Proqramının Misir üzrə ölkə təmsilçisi Əhməd Rızk çıxış ediblər.

Səfir Elxan Poluxov Ümumdünya Şəhərsalma Forumunun bu sahədə dialoq və təcrübə mübadiləsi üçün əsas platforma kimi qlobal əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, hazırda dünyada, həmçinin məskunlaşma ilə bağlı problemlər var. Bu məsələlər altı gün davam edəcək beynəlxalq forumun əsas müzakirə mövzularından olacaq.

Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində açılış və bağlanış sessiyaları, müxtəlif toplantılar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və genişləndirilmiş Şəhər Sərgisi daxil olmaqla yüzlərlə tədbirin təşkili nəzərdə tutulur. Forum iştirakçılar üçün şəbəkələşmə və qeyri-rəsmi fikir mübadiləsi imkanları yaradacaq.

WUF13 dünyanın müxtəlif ölkələrindən praktik həllərin və ən yaxşı təcrübələrin nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynayacaq. Tədbir çərçivəsində mənzil böhranının aradan qaldırılmasına yönəlmiş innovativ yanaşmalar, uğur hekayələri və genişmiqyaslı tətbiq oluna bilən modellər təqdim ediləcək. Bu təcrübələrin ölkələrin öz milli və yerli kontekstlərinə uyğun şəkildə tətbiqi imkanları müzakirə olunacaq.

Forumdan əvvəl keçiriləcək Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü son on ildə əldə edilmiş irəliləyişin qiymətləndirilməsi və 2036-cı ilədək sənədin tam icrası üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə WUF13-ün mövzusuna uyğun olaraq mənzil məsələlərinə xüsusi diqqət yetiriləcək, əsas nailiyyətlər və mövcud çağırışlar müzakirə olunacaq, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Nazirlər Görüşünün, həmçinin 2026-cı ildə BMT Baş Assambleyasında keçiriləcək Yeni Şəhər Gündəliyinin ortamüddətli icmalına hazırlıq prosesinə töhfə verəcəyi və WUF13-ün fəaliyyətə yönəlmiş, inklüziv yanaşmasını daha da gücləndirəcəyi gözlənilir.

Qeyd olunub ki, bu seminar Azərbaycanın may ayında WUF13-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda mühüm rol oynayır. Səfir, həmçinin tərəfdaşları Bakıda qlobal şəhər dialoqunda fəal iştiraka dəvət edib.

Diplomat çıxışının sonunda forumun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) regionun dayanıqlı şəhər gələcəyinin formalaşdırılmasında səsinin daha güclü eşidilməsinə imkan yaradır.

Neft paytaxtından “ağıllı” və ekoloji məsuliyyətli şəhərə çevrilən Bakı dayanıqlı mobilliyin inkişafı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi irsin qorunması və insan mərkəzli şəhərsalma yanaşmalarına investisiyaların artırılması istiqamətində mühüm addımlar atır.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!