18 Aprel 2026 08:55
268
İQTİSADİYYAT
A- A+
Payızda bol məhsul götürmək üçün...

Payızda bol məhsul götürmək üçün...


Şabran əkinçiləri yaz-tarla işlərinə məsuliyyətlə yanaşırlar


Dövlətin aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı apardığı siyasət, həyata keçirdiyi islahatlar Şabran rayonunda da öz nəticələrini göstərir.Yaradılmış mükəmməl hüquqi baza, büdcə vəsaiti hesabına verilən subsidiyalar, vergidən azadolmalar və digər güzəştlər aqrar sektorun dinamik inkişafına etibarlı təminat verir. 

Şabran rayonunun kənd təsərrüfatı təyinatlı torpaqları 73666 hektardır. Bunun 22020 hektarı əkin təyinatlı torpaqlardır. Onun da 5000 hektarı dəmyə, 17020 hektarı suvarılandır. 

Məlumat üçün bildirək ki, 2025-2026-cı təsərrüfat ilində rayon üzrə 16999,7 hektar şum qaldırılmış, 16787,7 hektarda payızlıq taxıl əkini aparılmışdır. Onun 8592,3 hektarında buğda, 8195,4 hektarında arpa əkilmişdir ki, bu da ötən illə müqayisədə 2042 hektar çoxdur. Əkilmiş taxıl sahələrinin 675 hektarı suvarılmışdır. Yeri gəlmişkən qeyd edək ki, hər həftənin çərşənbə axşamı-cümə günləri bitkiçilik sektorunun əməkdaşları tərəfindən payızlıq taxıl əkinlərinin vəziyyəti ilə bağlı məlumat Kənd Təsərrüfatı Nazirliyinə və nazirliyin müvafiq qurumlarına göndərilir.

Fevral ayında payızlıq əkinlər üzrə subsidiyaların verilməsinə başlanmışdır. Rayon üzrə subsidiyaların verilməsində yaranan problemlər az sayda olsa da, onlar qeydə alınmış və aradan qaldırılmışdır. İndiyə qədər şabranlı fermerlərə 11092 bəyan sahəsi üzrə 2  milyon 535 min 228 manat ödəniş olmuşdur. Ödəniş prosesi növbəli şəkildə həyata keçirilməkdə davam edir.

2025-2026-cı təsərrüfat ili üzrə fevralın 1-dən etibarən yazlıq əkinlərin bəyanına da start verilmişdir. Cari dövrdə yazlıq taxıl üzrə 104,7, tərəvəz üzrə 36,4 hektar olmaqla cəmi 141,14 hektar yazlıq bəyanlar verilmişdir.

Məlumdur ki, 2026-cı ilin birinci rübündə havalar normadan artıq yağıntılı keçdi. Bununla əlaqədar əkin sahələrinə dəymiş zərəri müəyyənləşdirmək məqsədilə ərazilərə baxış keçirilmiş və müvafiq tədbirlər görülmüşdür. Fermerlərə bir daha aqrar sığortanın vacibliyi izah edilmişdir. Ümumilikdə suvarma ilə bağlı problem qeydə alınmamışdır.

Şabran DAİM-in əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları ilə birgə kəndlərdə fermerlər arasında mütəmadi maarifləndirmə işləri aparır, aqrotexniki xidmətlərin vaxtında və düzgün görülməsinin vacibliyi onlara izah olunur, problemlər dinlənilir, tədbirlər görülür. Fermerlərin qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində onlara həmçinin tövsiyələr verilir. 

Rayon ərazisində 2 soyuducu anbar fəaliyyət göstərir ki, bu da fermerlərin bağlardan topladıqları məhsulun uzun müddət saxlanılmasını təmin edir. Şabran rayonu ərazisində 6 istixana da fəaliyyət göstərir. Həmin istixanalarda pomidor, xiyar və başqa məhsullar yetişdirilir. Rayon ərazisində 4 emal müəssisəsi və 2 dəyirman da var.

2026-cı il yanvar ayının 1-dən mart ayının 31-nə qədər olan müddətdə Şabran ərazisində karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılma arealını müəyyənləşdirmək məqsədilə 2402,89 hektarda yoxlamalar aparılmış, 562,08 hektarda siçanabənzər gəmiricilərlə sirayətlənmə müşahidə olunmuşdur. 450,93 hektarda sirayətlənmə iqtisadi ziyanlı həddən yuxarı olduğu üçün həmin sahələrdə büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılmışdır. Eyni zamanda Hacıqaraqaşlı kəndi ərazisində çəyitkəkimilərin üsküklərinin yaz müşahidəsi üçün 216 hektar sahədə yoxlamalar aparılmış, 48 hektarda çəyirtkələrin üskükləri ilə sirayətlənmə müşahidə olunmuşdur. 

Meyvə bağlarınınn 262,57 hektarında mexaniki, 577,65 hektarında kimyəvi qış mübarizəsi tədbirləri aparılmışdır.145 hektar üzüm bağında mexaniki, 201 hektarında kimyəvi qış mübarizəsi tədbirləri həyata keçirilmişdir. Bundan əlavə, cari ilin üç ayı ərzində QMB-nin mövcudluğuna nəzarət etmək məqsədilə rayonun müxtəlif ərazilərində mütəmadi olaraq monitorinqlər keçirilmiş, vətəndaşlar bu barədə ətraflı məlumatlandırılmışlar. 

"Aqroservis " ASC-nin də işlərə dəstəyi böyükdür. Belə ki, həmin qurumun Xaçmaz Regional Nümayəndəliyinin Şabran bölməsi tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına 4 adda mineral gübrə satılmışdır. 

Bir sözlə, şabranlılar yaza aid bütün işləri vaxtında və məsuliyyətlə görməyə çalışırlar ki, payızda bol məhsul götürsünlər.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!