17 Aprel 2026 18:17
182
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  


Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 62-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və 522.6-cı maddəsində nəzərdə tutulan “sonuncu yaşayış yeri” anlayışlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb, müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:

- təqsirləndirilən şəxs Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;

- Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

Hindistanda iş şəraiti səbəbindən etirazlar başlayıb

19:53
17 Aprel

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!