17 Aprel 2026 17:22
152
CƏMİYYƏT
A- A+
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb BİRGƏ MƏLUMAT

Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb BİRGƏ MƏLUMAT


Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

AZƏRTAC Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına istinadla xəbər verir ki, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90 kvadratmetr, 2 otağının yanar konstruksiyaları 32 kvadratmetr sahədə, bitişik sahəsi 66 kvadratmetr olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80 kvadratmetr sahədə və 3 otağının yanar konstruksiyaları 46 kvadratmetr sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

Azərbaycanda bərpaolunan enerji mənbələrinin payı genişlənib

18:21
17 Aprel

Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

18:20
17 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

18:17
17 Aprel

Hörmüz boğazının açılması fonunda neft qiymətləri 10 faizdən çox ucuzlaşıb  

18:16
17 Aprel

Tramp: Hörmüz boğazı tamamilə açıqdır, amma dəniz blokadası davam edəcək  

18:14
17 Aprel

Türk politoloq: Türkiyə və Azərbaycan regional təsir imkanlarını qlobal səviyyəyə daşıya biləcək gücə malikdir  

18:13
17 Aprel

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

18:13
17 Aprel

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

18:06
17 Aprel

Azərbaycanda birinci rübdə bitki yağı istehsalı artıb, kərə yağı azalıb

17:57
17 Aprel

Rəcəb Tayyib Ərdoğan: Parlament diplomatiyası daha ədalətli dünya üçün əsasdır

17:42
17 Aprel

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla əlaqəli şəkildə davam etdiririk  

17:41
17 Aprel

Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılmasını istəyirlər  

17:40
17 Aprel

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur  

17:39
17 Aprel

Buğda qiymətləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər fonunda artır

17:39
17 Aprel

Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazanıb

17:38
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!