17 Aprel 2026 18:20
172
SİYASƏT
A- A+
Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxış keçirilib. Nümayəndələr ANAMA tərəfindən Ağdam rayonunun Cəvahirli kəndində, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərzili kəndində, həmçinin minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkət tərəfindən Qızılkəngərli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Sahə baxışları zamanı minatəmizləmə əməliyyatlarının təşkili, istifadə olunan texniki avadanlıqlar, sahələrdə mina və digər partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə tətbiq edilən təmizləmə üsulları, eləcə də aşkar edilən partlayıcı sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş olunub. Ərazilərdə mövcud çətinliklər, çirklənmə səviyyəsi, habelə işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı icra edilən mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin çəpərlənməsi fəaliyyəti barədə məlumat verilib.



Əməliyyat sahələrinə baxış prosesindən sonra İşçi qrupun Ağdam şəhərində iclası keçirilib.

İclasda çıxış edən Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə tədbirləri barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra 43 min 21 hektar ərazi Ağdam rayonunda olmaqla, işğaldan azad edilmiş ərazilərdə, ümumilikdə, 264 min 581 hektar ərazidə minatəmizləmə fəaliyyətinin aparıldığını, nəticədə 248 min 583 ədəd mina və digər partlayıcı sursat aşkar olunduğunu qeyd edib. Həmçinin müəyyən ərazilərin konservasiya edilərək çəpərlənməsi işlərinin gedişatına toxunan Vüqar Süleymanov, hazırda Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində çəpərləmə işlərinin yekunlaşdığını, Xocavənd və Ağdərə rayonları ərazisində isə fəaliyyətin davam etdiyini diqqətə çatdırıb.



İşçi qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran öhdəliklər müzakirə edilib.

İclasda aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti, resursların səmərəli səfərbər olunması və minatəmizləmə əməliyyatların planlı şəkildə icrasının təhlükəsiz qayıdışın təminatında həlledici rol oynadığı vurğulanıb.


11:12


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Ağdama səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri Ağdam rayonunun Cəvahirli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

Hindistanda iş şəraiti səbəbindən etirazlar başlayıb

19:53
17 Aprel

Atlantik okeanı ilə bağlı alimlərdən narahatedici xəbərdarlıq

19:41
17 Aprel

 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB 2

19:24
17 Aprel

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!