24 Yanvar 2025 19:57
268
SİYASƏT
A- A+
Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb 

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb 


Azərbaycan və Hindistan xalqları arasında münasibətlər dərin tarixi köklərə bağlıdır və müxtəlif dövrlərdə davamlı olaraq inkişaf edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Hindistan ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanıyıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Hindistanın 76-cı Respublika Günü münasibətilə Bakıda təşkil edilən qəbulda söyləyib. O bildirib ki, son illər əməkdaşlığımız üçün yaxşı imkanlar ortaya çıxıb. Hazırda ölkələrimiz arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq dinamik inkişaf edir. Bu dinamikanı artırmaq və şaxələndirmək üçün Azərbaycan regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında maraqlıdır. Bu mənada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə yalnız bizim birgə səylərimizlə mümkündür. Eyni zamanda, Orta Dəhliz ölkələr üçün etibarlı və təhlükəsiz imkan təqdim edir.

“Birbaşa hava əlaqəsinin bərpa edilməsi nəticəsində qarşılıqlı turist səfərlərinin sayında ciddi sıçrayış baş verib. Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb. Hazırda Hindistan ölkəmizə gələn turistlərin sayına görə 3-cü yerdədir. Son illər Hindistan film sənayesinin ölkəmizin füsunkar və tarixi yerlərinə marağı artıb. Bu, iki ölkə arasında mədəni mübadilənin, mədəniyyətlərarası dialoqun inkişafına, nəticədə xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək”,- deyə F.Rzayev vurğulayıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!