14 Dekabr 2024 08:55
892
Mədəniyyət
A- A+
Məşhur rəssamın sadə həyatını təcəssüm etdirən ev

Məşhur rəssamın sadə həyatını təcəssüm etdirən ev


Bakının qədim kəndlərindən sayılan Əmircandayıq. Payızın qışa üz tutmuş soyuq bir günündə qəsəbənin dolanbac küçələrindən keçə-keçə qarşılaşdığımız insanlardan gedəcəyimiz ünvanı xəbər alırıq. Kimdən soruşuruqsa, ehtiramla, fəxrlə yol göstərir. Çünki o ünvan dünyaya göz açdığı yurda əbədi şöhrət gətirənlərdən birinin - Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı ilə bağlıdır. 

Əlisöhbət Sumbatzadə küçəsi, 5a ünvanında yerləşən evi tapdıq. Lövhənin üzərindəki yazını oxuduq: Səttar Bəhlulzadənin ev-muzeyi. Bu ocağa Səttar Bəhlulzadənin ad günü ərəfəsində gəlmişik...

İri, dəmir darvazadan həyətə daxil olub ətrafı maraqla seyr edirik. Qeyri-adilik, bənzərsizlik axtarırıq. Bizə elə gəlir ki, Səttar Bəhlulzadənin özü kimi ona aid olanlar da adi ola bilməz.

Həyətdə sağ tərəfdə əncir, ondan bir az aralı qollu-budaqlı tut ağacı var. Onlar Səttar Bəhlulzadənin həyatına şahidlik edibmi? Bilmirik. Bildiyimiz odur ki, həyətin daş örtüyü, ikimərtəbəli evin divarlarının, pillələrinin üzlükləri yenilənsə də, daha müasir olsa da, bura məşhur rəssamın ata ocağıdır...

Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində dünyaya gəlib. Daş pillələrdən evin ikinci mərtəbəsinə qalxa-qalxa düşünürük ki, böyük rəssamın dünya ilə tanışlığı bu həyətdən, bu evdən başlayıb. Rənglərin möcüzəsini burada duyub. Təbiətə ilk vurğunluğu da buradan başlayıb... 

Səttar Bəhlulzadə bu həyətdə ayaq açıb, yeriyib. Vaxt olub ki, bu həyətə şagird kimi daxil olub. Orta məktəbdə oxuyanda riyaziyyat fənninə olan marağı və istedadı ilə diqqəti çəkib. Odur ki, doğmaları onun rəsmlər çəkməsinə əvvəlcə ötəri həvəs kimi baxıblar. Ancaq yaxşı ki ailəsi Səttarın rəssamlığa meylinin maraqdan, həvəsdən çox-çox üstün olduğunu hiss edib, istedadını görə bilib. Və zaman yetişir ki, Səttar Bəhlulzadə ata ocağından Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gedib-gəlir. O, 1927-1931-ci illərdə Rəssamlıq Məktəbində oxuyur. Müəllimi,  məşhur rəssam Əzim Əzimzadənin diqqətini cəlb edir. Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetindən müxtəlif mövzularda karikaturalar çəkmək təklifini alır. 1931-1933-cü illərdə çəkdiyi dövrün problemlərini əks etdirən karikaturaları çap edilir.

Səttar Əzim Əzimzadənin təhsilini davam etdirmək tövsiyəsinə əməl etdi. 1933-cü ildə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsinə daxil oldu. Məşhur rəssamlardan dərs aldı.

Böyük Vətən müharibəsi illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim işlədi. Müharibədən sonra Rəssamlıq Məktəbindəki işindən ayrıldı. Müxtəlif mövzularda elə rəsmlər çəkdi ki, baxanlar heyrətlərini və heyranlıqlarını gizlədə bilmədilər. Onun rəssamlıq istedadını görməmək, duymamaq mümkünsüz idi. Qədrini yetərincə bildilərmi? Bu başqa bir yazının mövzusudur...

İkinci mərtəbəyə bu düşüncələrlə qalxırıq. İçəri daxil olanda ilk gördüyümüz məşhur rəssamın divardan asılmış portreti olur. Burada fırça ustasının Pyotr Sabsayın müəllifi olduğu büstü, dostları, sənət yoldaşları ilə birgə çəkdirdiyi, eləcə də Moskvada təhsil aldığı illərini əks etdirən fotoşəkillər, rəssamın fırçası ilə çəkərək əbədiləşdirdiyi mənzərələri, natürmort və qrafik işləri nümayiş edilir. Şəkillərdən birində isə Səttar Bəhlulzadə rəssam dostu Oqtay Sadıqzadə ilə birlikdə onun bağ evindədir. Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru, rəssamın bacısının nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova deyir ki, Səttar Bəhlulzadə Oqtay Sadıqzadə, Nəcəfqulu İsmayılov və Kamil Xanlarovun bağ evlərinin divarlarına rəsmlər çəkib. Kətan üzərində çəkmiş olsaydı, həmin rəsmlər də rəssamın sənət xəzinəsinin inciləri kimi qalardı. Təəssüf ki, onları divarda çəkib.

Qeyd edək ki, muzey ikimərtəbəli binadan və həyətdən ibarətdir. Ekspozisiyası ikinci mərtəbəsində yerləşir, 5 otaq və dəhlizdən ibarətdir. Pərzad Abdinova muzeyin yaradılması haqqında məlumat verir: "1981-ci ildə doğulduğu Əmircan kəndində xeyriyyəçi Murtuza Muxtarovun tikdirdiyi ikiminarəli məsciddə Səttar Bəhlulzadənin xatirə muzeyi təşkil olunub. Məscidlərin fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar olaraq 1989-cu ildə rəssamın xatirə muzeyi bağlandı, əsərləri və şəxsi əşyaları Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə (indiki Azərbaycan Milli İncəsənət Muzeyi) verildi. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən rəssamın Əmircanda yaşadığı evdə ev-muzeyinin yaradılması haqqında qərar verildi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səttar Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparıldı, burada rəssamın ev-muzeyi yaradıldı".

Dəhlizdən kiçik otağa daxil oluruq. Bu otaqda rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, vitrində rəssamın fırçaları, boyaları, Səttar Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda elmi nəşrlərdə dərc olunmuş yazılar nümayiş olunur. 

Geniş və işıqlı zalın divarlarında rəssamın "Mənim anam", "Kəpəzin göz yaşları", "Bazar düzü" və başqa məşhur əsərlərin reproduksiyası asılıb. Zaldakı vitrinlərdə Səttar Bəhlulzadəyə müxtəlif tarixlərdə göndərilmiş təbrik məktubları və teleqramları, rəssamın müxtəlif illərdə, fərqli dillərdə dərc olunmuş kataloqları, fərdi sərgilərinə dəvətnamələr, şəxsi sənədləri və digər tarixi əhəmiyyət kəsb edən eksponatlar yer alıb. 

Qonaq otağında Səttar Bəhlulzadənin və anası Hökumə xanımın fotoları, "Qudyalçay vadisi", "Füzuli", "Məcnun" və başqa əsərlərinin reproduksiyaları nümayiş olunur. Bu otaq ev əşyaları ilə zəngindir. Burada rəssamın sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda Səttar Bəhlulzadə haqqında yazılmış kitablar saxlanılır. Rəssamın yaşadığı illərdəki mebel, avadanlıq, televizor düzülmüş otaq o illərin mühitini əks etdirir. 

Muzeydəki digər otaqda - yataq otağında ev əşyaları ilə yanaşı, Səttar Bəhlulzadənin əsərləri sərgilənir. Burada, həmçinin patefon və üzərində Əməkdar artist Gülağa Məmmədovun ona bağışladığı plastinka və digər əşyalar qoyulub.

Ekzpozisiyanın sonuncu otağı rəssamın iş otağıdır. Bu otaqda Səttar Bəhlulzadənin molberti, palitrası, fırçaları nümayiş olunur. Eyni zamanda yazı stolu, o dövrün radio aparatı, rəssamın fotoları, ev əşyaları, eləcə də kompozisiyalarında istifadə etdiyi Azərbaycan məişətini nümayiş etdirən etnoqrafik əşyalar, müxtəlif ölçülü və təyinatlı qablar sərgilənir. 

Qeyd edək ki, Əmircandakı evində olan iş otağı rəssamın yaşadığı otaq olub. O, əsərlərinin böyük hissəsini Bakı şəhərinin Nərimanov rayonundakı Montin bazarının yanında, sonralar isə İnşaatçılar prospektində yerləşən Rəssamlar evində olan emalatxanasında yaradıb. Ancaq bu ev də Səttar Bəhlulzadənin dünyaşöhrətli neçə-neçə əsərinin yaranmasına şahidlik edib. Bir sıra ölməz əsərlərini böyük sənətkar bu evdə çəkib. Ev əşyalarının bir çoxundan fırça ustası kompozisiyalarda istifadə edib. Bəzi əsərlərini isə dünyaya bu evin pəncərəsindən baxaraq yaradıb... 

Təbiətinə heyran olduğu Azərbaycanın hər bölgəsinə baş çəkib. Gördüyü təbiət mənzərələrini özünün duyduğu kimi kətana köçürüb. Əsərləri isə ondan fərqli olaraq, təkcə Azərbaycanı deyil, neçə-neçə ölkələri dolaşıb. Səttar Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox ölkəsində - Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və başqa şəhərlərdə keçirilən sərgilərdə nümayiş olunub.

Ev-muzeyinin birinci mərtəbəsində yerləşən otağın divarında rəssam haqqında tanınmış şəxsiyyətlərin fikirləri əks olunub. Həmin fikirlərdən biri də Ümummilli Lider Heydər Əliyevə məxsusdur: "Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq sənətində yeni bir məktəb yaratmışdır... rəssamlıq məktəbimizdə onun yaradıcılığı ilə  yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır ".

Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 13-də Moskvada xəstəxanada vəfat edib. Bakıda öz vəsiyyətinə uyğun olaraq doğulduğu Əmircan kəndində, anasının məzarının yanında dəfn edilib. Səttar Bəhlulzadənin məzarı üzərində heykəltaraş Ömər Eldarov tərəfindən əlində iki boş şəkil çərçivəsi olan heykəli ucaldılıb. Həmin heykəlin gipsdən hazırlanmış variantı da bu otaqda saxlanılır.

Dünya malında gözü olmayıb Səttar Bəhlulzadənin ev-muzeyində qorunub saxlanılan əşyaları da məşhur rəssamın sadə, təmənnasız həyatını təcəssüm etdirir. Bu evdə hər şey onu xatırladır...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

01:18
26 Dekabr

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında

01:18
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:17
26 Dekabr

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protocol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:16
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də və 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:15
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:14
26 Dekabr

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 102-VIIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:14
26 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:13
26 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

01:10
26 Dekabr

Təyyarə qəzasında həlak olanlar üçün Avstriyadakı Azərbaycan Evində xatirə guşəsi yaradılıb  

23:57
25 Dekabr

SABC: Mozambikdə 6 minə yaxın təhlükəli cinayətkar həbsxanadan qaçıb  

23:47
25 Dekabr

Şəkidə "Tullantılardan İncəsənətə" adlı sərgi keçiriib  

23:40
25 Dekabr

 Basketbol Liqası: "Neftçi" "Sərhədçi"yə qalib gəlib  

23:38
25 Dekabr

FHN və AZAL birgə məlumat yayıb

23:30
25 Dekabr

Xəstəxana rəsmisi: Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır

23:29
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

23:28
25 Dekabr

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması Türkiyə mediasının diqqət mərkəzindədir  

23:27
25 Dekabr

Qazaxıstan Baş nazirin müavini: Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir  

23:25
25 Dekabr

Dinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir

23:24
25 Dekabr

Qazaxıstan Baş nazirinin müavini təyyarə qəzasında yaralananları ziyarət edib

23:20
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!