20 Dekabr 2024 08:40
313
Mədəniyyət
A- A+
"Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi" fənn proqramının təqdimatı keçirilib

"Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi" fənn proqramının təqdimatı keçirilib


Azərbaycan Dillər Universitetində "Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi" adlı (magistratura pilləsi üçün) fənn proqramının təqdimatı keçirilib. Proqramı Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının əməkdaşları Xatirə Hacıyeva, Namiq Kərimov və Ramin Quliyev hazırlayıblar.

Tədbirdə öncə Dövlət himni səsləndirilib. Qərbi Azərbaycanla bağlı hazırlanan videoçarx izlənilib. ADU-nun rektoru akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, təqdimatın əhəmiyyətindən danışıb, Qərbi Azərbaycanla bağlı hazırlanan elmi vəsaitlər, nəşrlər və proqramların böyük önəm kəsb etdiyini qeyd edərək deyib: "Bu gün Azərbaycan böyük tarixi missiyanı uğurla davam etdirməkdədir. Qərbi Azərbaycana qayıdış və tarixi torpaqlarımıza yenidən qovuşmaq hər birimiz üçün vacib işdir. Bu mənada hazırlanan dərs vəsaitləri, elmi nəşrlər, fənn proqramları öz aktuallığı ilə seçilir. Bu mənada "Həqiqətin onomastikası" kitabını qeyd etmək istərdim. Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə - tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Azərbaycan Dillər Universitetində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının hazırladığı "Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi" adlı fənn proqramı da Qərbi Azərbaycanla bağlı görülən işin növbəti bariz nümunəsidir".

Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən biridir, ata-baba torpaqlarına qayıdış soydaşlarımızın ən ümdə amalıdır: "Qərbi Azərbaycana qayıdış hər birimiz üçün xüsusi məna kəsb edir. Xalqımız əsrlər boyu tarixi torpaqlarında yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu - XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır". 

Daha sonra çıxış edənlər Milli Məclisin deputatı Ceyhun Məmmədov, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Xatirə Hacıyeva, kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, kafedranın baş müəllimi Ramin Quliyev məruzələrlə çıxış ediblər.

Tədbir gələcək elmi əməkdaşlıq və silsilə tədbirlərin keçirilməsi ətrafında müzakirələrlə davam edib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!