Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb, 2 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, martın 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Aprelin 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNƏCƏK
DSX: PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir
Zelenski Trampı Ukraynaya dəvət edib
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək
Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim
Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil
Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!