15 İyun 2025 08:25
354
SİYASƏT
A- A+
Həyatını xalqına həsr etmiş müdrik dövlət xadimi

Həyatını xalqına həsr etmiş müdrik dövlət xadimi


15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüş nöqtələrindən biri, dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Bütün həyatını xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi, iqtisadi və sosial sabitlik pozulmuşdu. 1992-1993-cü illərdə baş verən siyasi böhran, Birinci Qarabağ müharibəsinin ağır gedişi, daxili çəkişmələr və dövlət idarəçiliyindəki səriştəsizlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri isə vəziyyəti daha da gərginləşdirmişdi. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdı. Respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter almışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 

Bu çətin və ziddiyyətli şəraitdə xalqın israrlı tələbi ilə o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. Heydər Əliyevin güclü nüfuzu, qətiyyətli siyasəti və Azərbaycan xalqının əzmi sayəsində bütün məkrli planların qarşısı alındı və haqsızlıqlara son qoyuldu. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1993-cü ilin oktyabr ayında xalqımız yekdilliklə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi prezident seçdi.  

Ulu Öndərin rəhbərliyə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasında, iqtisadi islahatların başlanmasında və dövlətçiliyin möhkəmlənməsində əsas rol oynadı. Ulu Öndərin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın etimadı sayəsində ölkədə siyasi sabitlik tam bərpa olundu və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ölkəmizin xarici siyasət strategiyasının əsasını qoyan Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına nail oldu. Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq bildirmişdi: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun bu arzusu Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində reallaşdı. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilərək dünya siyasi arenasında layiqli yer tutur.


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!