14 Avqust 2024 08:00
1367
SİYASƏT
A- A+
Fərsiz və bacarıqsız neokolonialist

Fərsiz və bacarıqsız neokolonialist

XXXIII Yay Olimpiya Oyunları Makron Fransasının mənəvi çöküşünün nümayişinə çevrildi

 

Danış, səni tanıyım! - Həzrəti Əlinin müdrik kəlamlarındandır.

İnsan dilinin altında gizlənir - bu da ona məxsusdur.

Bəli, insan danışanda içindəkiləri büruzə verir.

İnsan danışanda bəzən mahiyyətini də nümayiş etdirir.

İnsanın danışığı hərdən əməlinin başlanğıcı da ola bilir.

Sözlə əməl bir-birini tamamlayanda isə "cənab həqiqət" ortaya qoyulmuş olur.

Fransa özünü "ermənilərin böyük bacısı" adlandırır.

Fransa bu səbəbdən özünü Azərbaycana qeyri-dost ölkə kimi təqdim edir.

Hətta bir zamanlar ATƏT-in Minsk qrupuna ona görə can atırdı ki, burada erməni maraqlarını qoruya bilsin.

Doğrudur, Ulu Öndər Heydər Əliyev Fransanın o vaxtkı prezidenti Jak Şirakla görüşündə Azərbaycanın bu ölkənin ATƏT-in Minsk qrupunda təmsilçiliyinə bitərəfliyini qoruyacağı təqdirdə razılıq verəcəyini bildirmişdi.

Jak Şirak tərəfsiz qalacaqlarına söz vermişdi...

İllər keçdi, dövr dəyişdi, Fransa verdiyi sözün arxasından qaçdı...

Makronun prezidentliyi dövründə isə ermənilərdən çox ermənilik etmələri bir yana, hətta Azərbaycana qarşı açıq-aşkar düşmənçiliyə rəvac verildi!

Bəli, Makron Azərbaycanın 44 gün ərzində möhtəşəm qələbə qazanaraq 30 illik işğala son qoymasını, torpaqlarını işğaldan tam şəkildə azad etməsini heç vəchlə həzm etmək istəmir.

Nəinki istəmir, hər bir vasitə ilə vəziyyəti ermənilərinin xeyrinə dəyişmək üçün dəridən-qabıqdan çıxır.

Bu minvalla Makron Azərbaycanın dalınca xeyli danışdı, Ermənistanı revanşizmə hazırlamağa başladı, beynəlxalq aləmdə neokolonialist siyasət yürütdü, sonra isə XXXIII Yay Olimpiya Oyunlarını ən pis şəkildə keçirdi...

Nəticədə öz nüfuzunu da, Fransanın imicini də yerlə yeksan etdi!

Dünya gördü ki, Makron yalnız boş-boş danışa, fotoqraflar qarşısında müxtəlif "pozlar" verə bilir, əlindən isə fərli bir iş gəlmir.

Beləliklə, Makron Fransası idman tarixinə ən biabırçı Yay Olimpiya Oyunlarını keçirən ölkə kimi də düşdü!

***

Əvvəlcə Makronun prezidentliyi dövründə yadda qalan əməllərinin bir qismini birlikdə xatırlayaq:

İllər öncə Parisdə "sarı jiletlilər" etiraz hərəkatına başladılar.

Sonra fransız xalqı Makronun pensiya islahatlarına qarşı çıxdı.

Belə gərgin məqamda isə dövlət başçısı öz xalqı ilə dil tapıb danışa, ziddiyyət və qarşıdurmanı barışla yoluna qoya bilmədi.

Söz, fikir azadlığından, kütləvi aksiyalar keçirmək hüququndan istifadə edən fransızlar Makronun göstərişi ilə polis atlarının ayaqları altına salındı, rezin dəyənəklərlə döyüldü, gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olundu, qadınlar küçələrdə sürütləndi...

***

Beləliklə, həm də müasir fransız demokratiyasının əsl siması üzə çıxdı!

44 günlük Zəfər müharibəsi dövründə və ondan sonrakı vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa tərəfsizlik və qərəzsizlik göstərmək əvəzinə, otuz il ərzində olduğu kimi, yenə də erməni bacısının müdafiəsinə qalxdı.

Dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək, bu mötəbər qurumu Azərbaycanın əleyhinə yönəltməkdən ötrü cəhdlər göstərdi, gündəliyə Azərbaycan əleyhinə məsələnin müzakirəsini salmaq istədi.

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi dövründə ölkəmizə qazandırdığı dostlar onun ağzından vurdular, cəhdlərini puça çıxararaq Azərbaycan əleyhinə qətnamənin və digər sənədlərin qəbuluna imkan vermədilər.

"Avropanın lider dövləti"nin Fransa olduğunu nümayiş etdirməkdən ötrü Makron hətta fransız ordusunun Ukraynada döyüşəcəyini bəyan etdi.

Sonra NATO-nun digər üzvləri onu başa salaraq sözünü geri götürtdülər.

Növbəti dəfə siyasi rəqiblərinə gücünü göstərməkdən ötrü növbədənkənar parlament seçkiləri keçirdi.

Tələsik keçirilən seçkilərdə qazanmaq əvəzinə, xeyli geri düşdü: həm deputat yerlərinin sayında, həm də siyasi nüfuzunda.

Dünya həm də onun bu sayaq "uzaqgörənliyinin" şahidinə çevrildi.

Ən sonda isə "tarixə düşən" Yay Olimpiya Oyunlarını "təşkil" etdi.

***

Makronun Parisdə keçirdiyi XXXIII Yay Olimpiya Oyunları təkcə iştirakçı idmançıların yox, bütün dünyanın yadında nə ilə qaldı?

n Qonaq qismində Parisə gələn Braziliya futbolunun veteranı quldurların hücumuna məruz qalaraq soyuldu.

Həm də qonaqların təhlükəsizliyinə söz verilən paytaxtda bu cür soyğunçuluqlar tez-tez təkrarlandı.

* "Demokratik ölkə"də miqrantlar gözə dəyməsin deyə Parisin ətrafına, bərbad yerlərə "sürgün" edildilər.

* Su idmanı üzrə bir sıra yarışlar Sena çayında keçirilməli idi və Fransa dövləti çayın təmizlik normativlərinə cavab verəcəyini bəyan etmişdi.

Dəfələrlə Senanın zibillənməsi, insan bədəninə ziyanlı təhlükəli toksik maddələrin artması səbəbindən yarışlar təxirə salındı.

* Sonradan "təmizdir" desələr də, xəstələnənlər, hətta çaydakı yarışlardan çirklilik səbəbindən imtina edərək vətəninə geri dönənlər də oldu.

* Qidaların keyfiyyətindən, xörəklərdən qurd çıxmasından, dadsızlığından, ərzağın bahalığından xeyli narazılıqlar oldu!

* Ən böyük kütləvi narazılıq isə mehmanxanaların bahalığı, şəraitsizliyi, bir qismində kondisionerlərin işləməməsindən idi.

* Hətta məşhur idmançılardan biri bu biabırçılığa etiraz olaraq gecə küçədə yatdı!

* Nəqliyyat çətinliyi, idmançıların məşqlərə və yarışlara gedərkən gecikmələri, yola xeyli vaxt itirmələri də təşkilati işlərin səriştəsiz görüldüyündən xəbər verirdi.

Təəssüf ki, bu sayaq etirazların, deyinmələrin, insanların narahatlıq çəkərək ziyan görmələrinin qarşısını alan olmadı.

 Çünki bu mötəbər yarışlara hazırlıq əvvəldən düzgün və bütün məqamlar nəzərə alınmaqla görülməmişdi!

***

Əslində, bütün bu naşılıqlar, səriştəsizliklər, bacarıqsızlıqlar elə açılış mərasimindən duyularaq, bir növ "anons edilmişdi".

 Adətən Olimpiya idman oyunlarının açılış mərasimi tədbirin "vizit kartı" hesab olunur.

Makronsayağı açılış mərasimi həqiqətən də fərsizliklərin "vizit kartı"na çevrildi.

Mərasimdən canlı yayım aparan dövlət kanalı "France2" də səriştəsizliyin və qərəzliliyin ünvanına çevrildi.

* Erməniləri şişirdərək özlərinə doğma saydılar;

* Azərbaycanın bostanına daş atdılar;

* Dövlətlərin adlarını qarışdıraraq idmançıların heysiyyətinə toxundular;

* Bütün səhvlər, yanlışlıqlar, qərəz və kobudluqlar yarışlarda qaliblərin təltifetmə mərasimlərində dəfələrlə təkrarlandı, bayraqlar səhv asıldı, himnlər yanlış səsləndirildi;

* Ən böyük səhv isə təqdim olunan tamaşalaşdırılmış səhnədə İsa Peyğəmbərin aşağılanması oldu;

* Xristian dünyasının müqəddəsinin "makronsayağı göstərilməsi" dünya xristianlarının təhqirinə çevrildi!

İş o yerə çatdı ki, Roma papası süjetə münasibət bildirməklə belə təqdimatı qınadı!

Beynəlxalq Olimpiya Komitəsi törədilənlərə görə Azərbaycandan, beynəlxalq ictimaiyyətdən üzr istədi.

Makron başda olmaqla Fransa hökuməti isə özünü karlığa və korluğa qoydu.

Qəribədir, Fransanın dövlət televiziyası və açılış mərasimini hazırlayanlar qələt qarışdırırlar, əvəzində isə BOK üzr istəyir!

***

Azərbaycan bütün bunların qarşılığını və əvəzini yüksək səviyyədə, mədəni və hüquqi çərçivədə, konkret, ürəkaçan addım və hərəkətlərlə verdi!

XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunan ölkəmiz yeni bir uğura imza atdı.

Paris Olimpiadasını 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal olmaqla başa vuran idmançılarımız Azərbaycanın idman sahəsindəki gücünü bir daha ortaya qoydular!

Medal sıralanmasında 30-cu yeri tutmaqla!

Bu, müstəqil dövlətimizin Olimpiya hərəkatında qazandığı ən yaxşı nəticələrdən biridir!

Qələbələr sayəsində bizə heç də dost münasibəti bəsləməyən Fransa paytaxtında iki dəfə himnimiz səsləndi, 7 dəfə üçrəngli bayrağımız ucaldıldı!

Dostlarımız sevindi, düşmənlərimiz isə çəkdiklərini ürəklərində çəkdilər!

***

Adətən, dövlət başçıları, siyasi xadimlər, sərkərdələr adlarını tarixin pozulmaz səhifələrinə yazdırmaq istəyirlər.

Gördükləri işlərin, xalqa bəxş etdikləri maddi və mənəvi nemətlərin, fəthlərin sayəsində!

Tarixdə əbədi qalmaq heç də hər insana nəsib olmur!

Bəzən isə əksi baş verir...

Qaş düzəltdikləri yerdə göz çıxaranlar, ölkələrinin bədnamlıq, qara tarixinə düşürlər.

Fransanın prezidenti Makron kimi!

Müasir dünyada neokolonializmi yaşatdığına, öz xalqına yalan vədlər verərək dəfələrlə aldatdığına, Cənubi Qafqazın ərazisində müharibə ocağı qalamaq cəhdinə, ən əsası, Fransanın əsrlər boyu qazandığı "demokratik ölkə" imicini puça çıxardığına görə ən hörmətsiz prezident oldu!

XXXIII Paris Yay Olimpiya Oyunlarında təşkilati işlərdəki rüsvayçılıqlara görə isə üstəlik olimpiadalar tarixinə ən səriştəsiz, ən bacarıqsız və fərsiz təşkilatçı kimi adını yazdırdı!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!