07 Yanvar 2025 10:18
149
DÜNYA
A- A+
Diplomat: Fransa rəhbərliyi Afrika xalqlarına hörmət etməyi öyrənməlidir

Diplomat: Fransa rəhbərliyi Afrika xalqlarına hörmət etməyi öyrənməlidir


Fransa Prezidenti Emmanuel Makronun ənənəvi səfirlər konfransındakı bəyanatı Afrika ölkələrində narazılıq yaradıb.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, Makron çıxışında “Fransa 2013-cü ildən Sahil regionunda terrorla qarşı silahlı müdaxilə edib. Lakin Afrika rəhbərləri Parisə “sağ ol” deməyi unudublar. Amma bunun da vaxtı yetişəcək” – deyə iddia edib.

Makronun açıqlaması Afrika ölkələrində ciddi narazılıq yaradıb. Çadın Xarici İşlər Nazirliyi bu bəyanatı pisləyib. Nazir Abderahman Kulamallah bildirib ki, “Fransa rəhbərləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidir. Fransa heç zaman afrikalı əsgərlərin İkinci Dünya müharibəsində qurban getməsini tanımayıb. (Qitədə) son 60 illik mövcudluğu zamanı Fransanın rolu öz strateji maraqları ilə məhdudlaşıb, Çad xalqının inkişafına heç bir ciddi töhfəsi olmayıb”.

Afrikalı diplomat eyni zamanda vurğulayıb ki, çadlıların Fransa xalqı ilə heç bir problemi yoxdur.

Seneqalın Baş naziri Usman Sonko isə sosial media hesablarında Makronun bəyanatının “tamamilə yanlış” olduğunu bildirib: “Afrikanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün Fransanın nə gücü, nə də legitimliyi mövcuddur. Tam əksinə, Fransa, Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına töhfə verdi ki, bu da Sahil regionunda təhlükəsizlik baxımından fəlakətlə nəticələndi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

13:11
08 Yanvar

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

12:47
08 Yanvar

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər 

12:29
08 Yanvar

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!