07 Yanvar 2025 08:30
214
İQTİSADİYYAT
A- A+
Dəyişməz hədəf

Dəyişməz hədəf


Prezident İlham Əliyev: "Sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır"


Dünyanın bir çox ölkəsinin keçdiyi inkişaf yolu göstərir ki, onların hər birinin özünəməxsus iqtisadi inkişaf strategiyası və inkişaf modeli var. Azərbaycanın  daxili istehsal potensialını düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev vaxtilə ölkənin uzun dövr üçün mükəmməl ümumi iqtisadi inkişaf modelini yaradanda məhz həmin  amili əsas götürmüşdür. 

Bu gün həmin iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəyir, hətta müəyyən üstünlükləri ilə seçilir. Bu üstünlüklərdən biri sərbəst inkişaf yoluna arxalanmaqdır. Həmin hesaba Azərbaycan iqtisadiyyatı başqa ölkələrdən az asılı olmaqla, əsasən, daxili imkanları hesabına inkişaf edən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Prezident  İlham Əliyev də çıxışlarının birində bu məsələyə toxunmuşdur: "Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Ölkə iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil".

Son iki onillikdə qazanılan uğurlar təbii ki, həmin inkişafın nəticəsidir. Üstəlik, qarşıdakı  illərdə də Azərbaycanın  uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq daha da aşağı düşəcək, ən əsası, xalqın güzəranı yaxşılaşmaqda davam edəcək. Dövlət başçısı 2024-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə xalqa müraciətində bu barədə demişdir: "Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır".

Həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla ölkəmizin dayanıqlı iqtisadi tərəqqisini, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsini təmin edib. Bu gün Azərbaycan dünyada böyük infrastruktur layihələr həyata keçirən güclü ölkə kimi tanınır. Ölkəmizin liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılır, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılır. Azərbaycan həm də mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə evsahibliyi edir. Hökumətin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü tədbirlər, iqtisadi imkanların üzə çıxarılması üçün apardığı sistemli və ardıcıl işlər dövlətlə cəmiyyət və iqtisadi subyektlər arasında qarşılıqlı etimad mühiti yaradıb. 

Bu gün ölkədə makroiqtisadi vəziyyət tam sabitdir. Milli inkişafa kompleks məsələ kimi yanaşan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər iqtisadi yüksəlişin və hər sahədə  uğurların təməlini təşkil edir, zəruri maliyyə və maddi resurslar yaradır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını  möhkəmləndirməyə, iqtisadi inkişafı daha da irəli aparmağa imkan  verir. Təsadüfi deyil ki, dövlət başçısı ötən ilin son günü xalqa müraciətində həmin məsələni xüsusi vurğulayıb: "Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq".


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  

14:26
08 Yanvar

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tanidən  

14:23
08 Yanvar

Yanvarın 9-na olan hava proqnozu açıqlanıb

13:22
08 Yanvar

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

13:11
08 Yanvar

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

12:47
08 Yanvar

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər 

12:29
08 Yanvar

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!