30 İyul 2026 17:15
252
SİYASƏT
A- A+
Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 


Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsi hələ də ölkəmizin üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olaraq qalır. Minalar insanların həyat və sağlamlığı üçün risk yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını, yaşayış məntəqələrinin bərpasını, kənd təsərrüfatının inkişafını, yükdaşımaları və digər bağlantı layihələrinin gedişatını və ümumilikdə bölgənin sosial-iqtisadi dirçəlişini ləngidən əsas amillərdəndir. Bu baxımdan mina problemi artıq beynəlxalq humanitar gündəliyin önəmli məsələlərindən biri kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

O bildirib ki, təəssüf doğuran məqamlardan biri də bəzi beynəlxalq təşkilatların və insan hüquqları sahəsində fəaliyyət göstərən qurumların bu problemə münasibətdə nümayiş etdirdiyi ənənəvi susqunluqdur: “Dünyanın müxtəlif bölgələrində humanitar məsələlərə həssas yanaşan bəzi təsisatların Azərbaycan vətəndaşlarının mina terrorundan əziyyət çəkməsinə gərəkli diqqət göstərməməsi ikili standartlar barədə ciddi suallar yaradır. Əslində, humanitar hüququn prinsipləri coğrafiyaya və siyasi maraqlara görə dəyişməməlidir”.

Arzu Bağırova vurğulayıb ki, Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq, genişmiqyaslı minatəmizləmə işlərini ardıcıl şəkildə davam etdirir. ANAMA-nın, aidiyyəti dövlət qurumlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə minlərlə hektar ərazi təmizlənir, yeni yaşayış məntəqələrinin, yolların, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin təhlükəsiz istifadəsi təmin olunur. Böyük maliyyə və texniki resurslar tələb edən bu proses ölkənin öz imkanları hesabına həyata keçirilir: “Bu, bir model olaraq dünyanın ən iri humanitar minatəmizləmə proqramlarından biri hesab edilə bilər”.

İctimai Birliyin sədri qeyd edib ki, mina təhlükəsinə qarşı maarifləndirmə işləri də xüsusi önəm daşıyır: “Əhalinin, özəlliklə uşaqların və azad edilmiş ərazilərə səfər edən şəxslərin təhlükəsizlik qaydaları barədə davamlı bilgiləndirilməsi insan itkilərinin qarşısının alınmasında mühüm rol oynayır. Hüquqi, ictimai maarifləndirmə bu mübarizənin ayrılmaz tərkib hissəsidir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət mina probleminə yalnız bəyanatlar səviyyəsində münasibət bildirməməli, konkret texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır. Ermənistan tərəfindən bütün mina xəritələrinin tam, dəqiq və qeyd-şərtsiz təqdim olunması istiqamətində beynəlxalq hüququn imkanlarından daha səmərəli istifadə edilməli, mülki insanların həyatına təhlükə yaradan bu humanitar problemə obyektiv və prinsipial münasibət sərgilənməlidir. Mina qurbanlarının sayı artdıqca bu məsələnin aktuallığı daha da yüksəlir. İnsan həyatının ali dəyər olduğu qəbul edilirsə, mina təhlükəsi ilə mübarizə də qlobal humanitar həmrəyliyin əsas istiqamətlərindən birinə çevrilməlidir. Azərbaycanın məqsədi öz torpaqlarını minalardan təmizləməklə həm də bölgədə təhlükəsiz, dayanıqlı və hüquqa əsaslanan barış mühitinin formalaşmasına töhfə verməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!