30 İyul 2026 17:00
238
İQTİSADİYYAT
A- A+
Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 


Qlobal təchizat zəncirlərinin geosiyasi qeyri-müəyyənliklərə uyğunlaşdığı və marşrutların şaxələndirilməsinə ehtiyacın artdığı bir dövrdə Orta Dəhliz ənənəvi dəniz və şimal quru marşrutlarına etibarlı, səmərəli və dayanıqlı alternativ kimi sürətlə əhəmiyyət qazanır. Sözügedən transformasiyanın mərkəzində isə Azərbaycan dayanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşən əlverişli coğrafi mövqeyi onu Çin–Avropa və Avropa–Çin ticarət axınlarının kəsişməsində yerləşən təbii körpüyə çevirir. Bu üstünlüyü nəzərə alan Azərbaycan bağlantıları milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib, nəqliyyat, logistika və ticarətin asanlaşdırılması sahələrinə irihəcmli investisiyalar yatırıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin əsas nəqliyyat qapısı kimi fəaliyyət göstərərək Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında dəniz və dəmir yolu daşımalarının fasiləsiz inteqrasiyasını təmin edir. Limanın genişləndirilməsi və modernləşdirilməsi isə onun yükötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb, tranzit müddətlərini isə xeyli azaldıb. Azərbaycanın Orta Dəhlizdə oynadığı rol regional baxımdan da mühüm əhəmiyyət daşıyır. Tranzit yük həcmlərinin artması marşrutda iştirak edən ölkələr arasında ortaq iqtisadi maraqlar formalaşdırır, Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığın, sabitliyin möhkəmlənməsinə töhfə verir. Həmçinin son illər Azərbaycan Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirən Şərq–Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin artırılması məqsədilə investisiyalarını əhəmiyyətli dərəcədə genişləndirib. Həyata keçirilən layihələr logistikanın səmərəliliyinin yüksəldilməsinə və daşınma xərclərinin azaldılmasına xidmət edir. Xüsusilə Azərbaycan ilə Mərkəzi Asiya arasında çoxşaxəli bağlantılar sistemi formalaşdırılıb. Bu sistemə Bakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə enerji bağlantısı, Xəzər dənizi üzərindən dəniz əlaqəsi, Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsini nəzərdə tutan birgə layihə vasitəsilə rəqəmsal bağlantı, Zəngəzur dəhlizinin açılması ilə nəzərdə tutulan avtomobil və dəmir yolu bağlantıları daxildir”, - deyə deputat bildirib.

Pərvanə Vəliyeva qeyd edib ki, Orta Dəhlizin mühüm strateji hissəsi olan Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu kimi deyil, uzunmüddətli rəqabəti praqmatik əməkdaşlığa çevirə biləcək etimad quruculuğu mexanizmi kimi nəzərdə tutulur. Zəngəzurdan keçən dəmir və avtomobil yollarının yenidən açılması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, eyni zamanda, Ermənistana regional və beynəlxalq tranzit şəbəkələrinə çıxış imkanı yaradacaq.

“Dəhliz istifadəyə verildikdən sonra Şərq–Qərb marşrutları boyunca yeni logistika imkanları formalaşdıracaq və həm Avropa, həm də Asiya üçün qarşılıqlı fayda yaradan əlaqə rolunu oynayacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan tranzit ölkələri kimi mühüm iqtisadi üstünlüklər əldə edəcəklər. Artıq Gürcüstan vasitəsilə Azərbaycan mənşəli neft məhsullarının Ermənistana çatdırılması Cənubi Qafqazda praqmatik iqtisadi əməkdaşlığın mümkün olduğunu nümayiş etdirir. Regionda fasiləsiz nəqliyyat əlaqələrinin bərpası ilə Zəngəzur dəhlizi iqtisadi qarşılıqlı asılılığın uzunmüddətli sülhün əsas dayaqlarından biri ola biləcəyini təsdiqləyir”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!